525.Az

"Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil"


 

"Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil"<b style="color:red"></b>

“BMT-nin davamlı inkişaf məqsədləri proqramı qlobal əhəmiyyətli proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması qürurvericidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, 2015-ci ildə BMT Baş Assambleyasında  keçirilən liderlərin zirvə göüşündə müəyyən edilmiş məqsədlər 2030-cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələri müəyyənşəldirir:
 
“Qısaca qruplaşdırmağa çalışaq bu məqsədlər üç əsas istiqaməti müəyyən edir ki, bunlar yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi  və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə səylərin birləşdirilməsidir. Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət yəni yoxsulluğun aradan qaldırılması daima ölkəmizə həyata keçirilən sosial siyasətin prioritetlərindən birini təşkil edib və bu sahədə mühüm nəticələr əldə etmişik. Bu vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb. Digər indekslər üzrə də Azərbaycaan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib. Bərabərsizliyin aradan qaldırılması  indeksi üzrə  ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib. Burada söhbət  həm də sadalanan xidmətlərin  əlçatanlığından, onun kütəviliyinin  və bərabərliyinin  təmin edilməsindən gedir. Biz buna bəzən inkluziv cəmiyyət də deyirik”.

Deputat qeyd edib ki, bu irəliləyiş öz-özünə baş verməyib:
 

“Çünki hamıya bəllidir ki, məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib və məqsədyönlü tədbirlərə ehtiyac var. Azərbaycanın son 5 ildə əldə etdiyi naliyyətlərin kökü əslində 17  il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki, Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki, əldə edilən göstəricilər son deyil, tam əksinə bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır".

 

 





11.07.2020    çap et  çap et