525.Az

Daha 531 nəfər koronavirusa yoluxdu: 514 sağalan, 6 ölən var


 

Daha 531 nəfər koronavirusa yoluxdu: <b style="color:red">514 sağalan, 6 ölən var</b>

Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8 616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045, ötən müddət ərzində isə ümumilikdə 560 356 test aparılıb.

 





11.07.2020    çap et  çap et