525.Az

Sivilizasiyaları qovuşduran türk dünyası


 

Sivilizasiyaları qovuşduran türk dünyası<b style="color:red"></b>

Tarix boyunca dünya mədəniyyətinin klassik dəyərlərini yaradan Azərbaycanın bu gün interhumanitariya mərkəzinə çevrilməsi bir qanunauyğunluqdur.Azərbaycan təkcə coğrafiyasına görə deyil, həm mədəniyyət düşüncə tipologiyasına görə Şərqlə Qərbin harmonik vəhdət ərazisi olduğundan, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi tək, ölkəmizin Şərqlə Qərbi qovuşdurmaq kimi böyük tarixi, siyasi-kulturoloji missiyası onun elə müstəqilliyinin başlanğıcından dərk edilərək, bu yöndə zəruri fəaliyyət istiqamətlərinə təkan verdi. Son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm Şərq, həm Qərb dövlətləri ilə apardığı uğurlu siyasət mədəniyyət sahəsində qlobal əməkdaşlığa dinamik inkişafa, tarixi-mədəni əlaqələrin dərinləşməsinə daha da məhsuldar, çoxtərəfli davamlı olmasına geniş perspektivləri açdı. Məqsədyönlü fəaliyyətlərin nəticəsində artıq bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun reallaşdığı bir mədəni-intellektual məkan statusu qazanıb.

Azərbaycan dövləti bu missiyası ilə təkcə daxil olduğu regional coğrafiyada deyil, bütün dünyada sülh, sabitlik əməkdaşlıq tendensiyasını, yaradıcı mənəvi mühitdə yaşamaq, qarşılıqlı fikir mübadiləsində ortaqlaşmaq,universal mədəniyyət düşüncəsi ilə zənginləşib-zənginləşdirmək məramını gücləndirir. Bakı Beynəlxalq Humanitar Forumları artıq belə bir məramla sivilizasiyalararası münasibətlərin yeni qlobal ideologiyasını humanist platformasını dünyaya təqdim etməkdədir. Bu mövqeyi görkəmli dövlət mədəniyyət xadimləri, Nobel mükafatçıları səviyyəsində dəstəkləyən beynəlxalq birliyin konvergent intellektual gücü formalaşmaqdadır. Deməli, beynəlxalq siyasətdə, sivilizasiyalararası münasibətlər sistemində Azərbaycanın özünəməxsus unikal mövqe qazanması reallığı, təbii olaraq, ölkəmizdə humanitar elmlərin qarşısına  tamamilə yeni vəzifələr qoyur: Azərbaycan elmi təkcə dünyada gedən innovativ proseslərlə ayaqlaşmamalı, həm bu proseslərin önündə getməli, yeni ideyalarla çıxış etməli, qlobal humanitar mədəniyyətin inkişafı məqsədlərini güdən Azərbaycan Platformasını dərinləşdirməli, beynəlxalq humanitar siyasətin müasir dövlətlərə xalqlara gerçəkdən gərək olan konsepsiyalarını işləməlidir. Bu istiqamətdə aparılan araşdırmaların koordinasiyası, ümumi strategiyası da artıq yaradılmaqdadır: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ulu öndər Heydər Əliyevin dərin humanizm əsaslı, ümumbəşəri qayəli siyasi-fəlsəfi irsinə söykənərək, bu tarixi əhəmiyyətli işin fundamental əsaslarını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli elmimizin, mədəniyyətimizin inkişafına yaratdığı münbit şərait nəticəsində, ölkəmizdəki yaradıcı atmosferin gur elmi-intellektual axtarışları prosesində məhz dünya humanitar mədəniyyətinin yüksək inkişaf səviyyəsini özündə əks etdirən tədqiqatlar ərsəyə gəlir.

Göstərilən istiqamətin bütün keyfiyyətləri ilə sanballı nümunələrindən biri Dr. Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" əsəridir ki, onun əhəmiyyəti nəzərə alınaraq, daha təkmilləşdirilmiş variant üzrə türk dilinə "Uygarlıkların Kavşağında Türk Dünyası" ("Yedirenk" nəşriyyatı, 2013) adı ilə tərcümə edilib. Kitabın tərcüməçisi Azərbaycan dili mədəniyyətinə yaxşı bələd olan Dr. Yusuf Gədiklidir. Gənc alimin türk bu dil vasitəsilə ümumtürk auditoriyasına təqdim olunan tədqiqatının üstün dəyərləri sırasında ən önəmlisi - bu gün dövlətimiz onun daxil olduğu türk dünyası üçün olduqca vacib sayılan yeni tarixi-kulturoloji metodologiyadan çıxış edilərək, Azərbaycan, türk dünya tarixinə gerçək elmi münasibətin ortaya qoyulmasıdır. Etiraf edək ki, tarixin onun yetirməsi olan sivilizasiyaların öyrənilməsində qərbyönlü tədqiqatçılar xüsusilə türk dünyasına münasibətdə bir qayda olaraq birtərəflilik nümayiş etdirmiş, hətta ifrat hallarda bu tədqiqatların alt layında Qərbin imperialist niyyətləri ilan dili kimi özünü göstərmişdir. Dr. Ərəstü Həbibbəyli əsərin əvvəlindən sonuna kimi bu yanlış, lakin dünyaya həqiqət kimi sırınmış mövqeləri inandırıcı dəlillərlə bircə-bircə darmadağın edir. Bu onu bir daha göstərir ki, sivilizasiyaların "toqquşması", "kəsişməsi, "interaksiyası", "passonarlaşması", "dominantlaşması", "sintezi", "dialoqu", "qloballaşması"... sadəcə elmi-nəzəri məsələ deyil, həm müxtəlif maraq ideologiyaların üz-üzə gəldiyi qlobal siyasi məkanda onların strateji məqsədlərini gizləyən oxların trayektoriyasıdır. Azərbaycan kimi həssas geopolitik məkanda yerləşən bir ölkənin dövlətlərarası münasibətlərdə necə realist praqmatik olması zəruridirsə, sivilizasiyalararası münasibətlərdə eləcə bəsirətli olması qaçılmazdır. Bax elə buna görə gənc Azərbaycan tədqiqatçısının Türkiyədə - müasir türk  sivilizasiyasının qaynar mühitində çap olunmuş əsəri bizə sivilizasiyalararası tarixi münasibətlərin "romantikasını" deyil, daha çox ziddiyyət qarşıdurmalarla müşayiət olunan gərgin, ağrılı təkamül prosesini təqdim edir.

Ərəstü Həbibbəyli türk  sivilizasiyasının seçkinliyi dünya sivilizasiyaları arasında özünəməxsus yer tutması ideyasından çıxış edərək, bu mövqeyi dəstəkləyən elmi konsepsiyaları daha da dərinləşdirir, sanki "səpələnmiş ideyaları" cəmləyərək, onların funksional nəzəri platformasını müəyyən edir. Tədqiqatçı nəinki türk  sivilizasiyasını müstəqil mədəni tip olaraq səciyyələndirir, eyni zamanda, bu sivilizasiyasının mürəkkəb arxitektonikasını araşdıraraq, onun yaradıcısı türk superetnosunun tarixi nailiyyətlərinə bir sistem bütövlük şəklində baxır.Tədqiqatçı-alim mövcud sivilizasiya nəzəriyyələrinə istinad etməklə, araşdırdığı problemə özünün orijinal yanaşmasını ortaya qoyur. Bu yanaşmaya görə, "Çöl" - Türk sivilizasiyasının, "Səhra" - Ərəb sivilizasiyasının, "Meşə" - Slavyan sivilizasiyanın, "Dəniz" - Qərb sivilizasiyasının, "Dağ-Çöl" - İran sivilizasiyasının xarakterini müəyyənləşdirən amillərdir (s.211). Burada türk  sivilizasiyasının identikliyini şərtləndirən başlıca cəhətlərdən biri kimi - ona adət-ənənənin dindən daha çox təsir göstərməsi faktına diqqət çəkilir (s.210). Əslində, bu keyfiyyət türk  sivilizasiyasının yeni tarixi dövrdə dönmədən modernləşməsinin eyni zamanda adət-ənənələrdən gələn arxetipik "özəyini" itirməməsinin göstəricisidir.

Kitabda mövzu problematikanın araşdırılmasının kifayət qədər mükəmməl sistemi vardır: burada əvvəlcə sivilizasiya anlayışına, onun dəyərlər kompleksinə, sivilizasiya mədəniyyət,  sivilizasiya geopolitika, sivilizasiya imperiya, sivilizasiya din münasibətlərinin xarakterinə, sivilizasiyanın tarixi inkişafını şərtləndirən amillərə,sivilizasiyalararası əlaqələrin interaktivliyinə nəhayət, türk sivilizasiyasının spesifikasına müxtəlif elmi-nəzəri yanaşmaların panoramı cızılır. Daha sonra ayrı-ayrı fəsillər üzrə türk sivilizasiyasının Pravoslav - Slavyan, Qərb (əsasən, Avropa), Çin, İslam, Ərəb İran sivilizasiyaları ilə tarixi münasibətləri başlıca komponentləri ilə müfəssəl şəkildə öyrənilir.

Müəllif göstərir ki, türk sivilizasiyasının Pravoslav - Slavyan sivilizasiyası ilə münasibətləri Avrasiyanın tarixi taleyində həlledici rol oynayıb. Onların mədəni geopolitik münasibətlərində həm rəqabət, həm qarşılıqlı təsir, həm harmoniya məqamları hər birinin seçkinləşməsinin təməlində dayanıb. Rusiya imperiyasının hegemonluq ideologiyası avrasiyaçılığı törədibsə, ona qarşı müqavimət ruhunda formalaşan türkçülük Avrasiyada hərbi-ideoloji balansın pozulmasına imkan verməyib. Türk Pravoslav-Slavyan sivilizasiyaları arasındakı münasibətlərin çox maraqlı indiyədək yetərincə fikir verilməyən proseslərini diqqətlə izləyən müəllif bu interaksiyada tarix müasirlik üçün gərəkli olan simvol-məqamlara belə həssaslıq göstərir: "Hazırda Ukraynanın qərbində Lvov vilayətində elə pravoslav kilsələrinə rast gəlinir ki, kilsənin qübbəsində həm xaç, həm aypara vardır. Dünyada bəlkə bənzəri olmayan həmin nümunə əslində bu iki sivilizasiyanın harmoniyasının göstəricisidir" (s.81).

Kitabda türk sivilizasiyasının Qərb sivilizasiyası ilə əlaqələri bütövlükdə Şərq - Qərb münasibətləri kontekstində öyrənilir:xristianlığın (mahiyyətcə Şərq hadisəsinin!) Qərb sivilizasiyasının formalaşmasında rolu, Qərb sivilizasiyasının kosmopolit siyasəti qarşısında türk sivilizasiyasının dirənişi bu dirənişin ümumən Şərq xalqlarının Qərb imperializminə qarşı müqavimət hərəkatını stimullaşdırması, Ellin mədəniyyətinin Avrasiyada sivilizasiya proseslərinə təsiri çox maraqlı tarixi faktların araşdırılması ilə dəyərləndirilir.

Müəllif göstərir ki, tarixin ən qədim çağlarından türklərin çinlilərlə münasibətləri "hərb sülhün" bütün mərhələlərindən keçib. Türk Çin sivilizasiyalarının interaksiyası nəinki onların bir-birini həzm etməsinə imkan verməyib, eyni zamanda, həmin interaksiyanın "Çin səddi" ilə simvollaşan prosesləri onları daim gərginlikdə, deməli, öz sivilizasiyalarının müqavimət gücünü itirməmək ruhunda saxlayıb.

Tədqiqat əsərində türk sivilizasiyasının islama qədərki, dominant islam epoxasındakı müasir dövrdəki inkişafının davamlı prosesi, onun islam xilafəti, mədəniyyəti, ideologiyası ilə münasibətlərinin dərin mahiyyəti çoxtərəfli aspektləri öyrənilir: islamı qəbul edən xalqlardan yalnız türklər bu sivilizasiyanın ən üstün hərbi, siyasi ideoloji qüvvəsinə - fatehinə çevrilərək, islam Şərqinin nəhəng imperiyalarını yaradırlar. İslam-türk sivilizasiyasının sintezi Orta Çağ Şərqinin indi müasir dünya üçün çox gərəkli olan çoxmədəniyyətlilik xarakterini cizgiləndirir. İslam formasını qəbul etsə , türk məzmununu saxlayan türk sivilizasiyası öz mədəni arxetipləri üzərində yaradıcı ruhunu vüsətləndirərək, dünyanın böyük potensiyaya malik sivilizasiyalarından olduğunu təsdiq edir.

Müəllifin türk ərəb, türk İran sivilizasiyaları arasındakı münasibətlər üzərindəki araşdırmaları da çox maraqlı faktların incələnməsi tarixi-interaktiv proseslərə türk sivilizasiyasının yönvericilik xüsusiyyətinin üzə çıxarılması ilə aparılır.Ərəb passionarlığı dövründə türk ərəb sivilizasiya daşıyıcıları arasında, türk passionarlığı dövründə yenə həmin sivilizasiya daşıyıcıları arasındamünasibətlərin səciyyəvi cəhətlərinə nəzər salınır. "İslamın qalxanı qılıncı" olmaq missiyasını hünərlə daşıyan türklərin təkcə hərbi fatehliyi deyil, həm ulu sivilizasiya yaratma qüdrətinə dəyər verilir.

Beləliklə, bu tədqiqat əsəri bizə mərkəzində türk sivilizasiyası dayanan Avrasiyanın tarixi həyatının real panoramını canlandırır: ətrafındakı bütün sivilizasiyalarla münasibətlərini yalnız öz yaradıcı potensialını qorumaq artırmaq, ən qüdrətli sivilizasiyalarla "dil tapmaq", ortaqlaşmaq, mübadilə qurmaq, onlara yenilməmək üçün mübarizə aparmaq, üstünlük keyfiyyətlərini hər zaman təsdiq etmək, sivilizasiya əxlaqının yüksək mərtəbəsində dayanmaq əzmini nümayiş etdirən türk sivilizasiyası gerçəkdən seçkinlik örnəyidir.

Qeyd etdiyimiz kimi, türk sivilizasiyasını - "çöl (bozkır) sivilizasiyası" kimi xarakterizə edən araşdırıcı "sivilizasiyaların etno-mədəni landşaft bağlılığı nəzəriyyəsinə" istinad edərək özünün bu əsas paradiqmasını kitabın bütün bölümləri üzrə əsaslandırmağa çalışır. Bunun üçün kifayət qədər elmi dəlillər vardır. Belə ki,məsələn, görkəmli fransız alimi Rene Qrusse "Çöl imperiyaları: Mərkəzi Asiyanın tarixi" (R.Grousset The Empire of the Steppes. A History of Central Asia, Rutgers University Press, 2010) kimi fundamental tədqiqatında Mərkəzi Asiyanın sivilizasiya dövlətçilik tarixinə yön verən türk superetnosunun maddi mənəvi həyatında bu amillin həlledici əhəmiyyət daşıdığına önəm verir.

Dr. Ərəstü Həbibbəylinin qardaş Türkiyədə çap olunmuş bu əsəri həm belə bir cəhətinə görə əhəmiyyətlidir ki, türk dünyasının başlıca olaraq sivilizasiya tarixi istiqamətində tədqiqi üçün əsas istinad nöqtəsi - Azərbaycandır, onun milli mədəniyyət sərvətləridir. Çünki hansı yöndən baxırsan-bax, türk dünyasının sivilizasiya bütövlüyü Azərbaycan coğrafiyasından daha əzəmətli, daha aydın görünür. Gənc tədqiqatçı Azərbaycan mədəniyyətinin böyük potensialını, tarixin hər zamanındakı yaradıcı enerjisini, unikallığını mədəniyyətlərarası münasibətlərin ilgək mahiyyətini təməl götürərək, türk sivilizasiyasının geniş məkanına çıxır, onun tarixi inkişafının daim qarşılıqlı şəkildə zənginləşməyə imkan verən xüsusiyyətlərini araşdırıb dəyərləndirə bilir. Türk dilində yetərincə dolğun məzmun kəsb edən bu kitab bütün semantikası ilə məhz Azərbaycan mədəniyyət düşüncəsinin əsəridir. Onu oxuyub başa çatdıranda, tədqiqatın bu perspektivi göz önünə gəlir: deməli, növbəti addımlar türk sivilizasiyasının müasir dövrümüzdəki inkişafının fundamental tədqiqi istiqamətində atılacaqdır. Türk dünyası daha sıx birləşməyə doğru gedir. Bu Birliyin nüvəsində isə onun bütün tarixi mənəviyyatı ilə yaratdığı sivilizasiya dəyərləri dayanır.

Rahid ULUSEL,

fəlsəfə üzrə elmlər doktoru, professor,

Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq

Federasiyasının üzvü

 

 





27.12.2013    çap et  çap et