525.Az

Türkiyədə COVID-19-a yoluxma nisbətində azalma müşahidə olunur


 

Türkiyədə COVID-19-a yoluxma nisbətində azalma müşahidə olunur<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 48 813 şübhəli koronavirus testindən keçib, onlardan 1016-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1334 xəstə sağalıb.

Türkiyədə indiyədək 211 981 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5344 nəfər ölüb, 193 217 nəfər müalicə olunaraq evə buraxılıb. Nazir qeyd edib ki, Türkiyədə COVID-19 infeksiyasına yoluxma nisbəti getdikcə azalır.

 





11.07.2020    çap et  çap et