525.Az

Lionel Messi daha bir tarixi rekorda imza atdı


 

Lionel Messi daha bir tarixi rekorda imza atdı<b style="color:red"></b>

"Barselona"nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz La Liqanın XXXVI turunda "Valyadolid"lə səfər qarşılaşmasında bunu bacarıb.

Hazırda davam edən görüşün 15-ci dəqiqəsində Arturo Vidalın vurduğu qolun məhsuldar ötürməsini verən 33 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə çatdırıb. Onun aktivində həmçinin 22 qol var. Bununla Messi La Liqa tarixində bir mövsümdə 20 qol və 20 assist həddinə çatan ilk futbolçu olub.

Qeyd edək ki, hazırda davam edən "Valyadolid" - "Barselona" qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədir.

 





11.07.2020    çap et  çap et