525.Az

“Dünya Prezident İlham Əliyevin önəmli təşəbbüsü ilə ilkə imza atdığını qeyd edir”


 

“Dünya Prezident İlham Əliyevin önəmli təşəbbüsü ilə ilkə imza atdığını qeyd edir”<b style="color:red"></b>

“Prezident İlham Əliyevin təşəbbüsü sayəsində BMT Baş Assambleyası öz rəsmi fəaliyyətini bərpa edərək, pandemiyala mübarizə ilə bağlı qlobal məsələnin müzakirəsiylə tarix yaza biləcək”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, indiyə kimi BMT Baş Assambleyasının  cəmi 31 xüsusi sessiyası keçirilib: “Bu xüsusi sessiyalardan 28-i BMT-nin öz təşəbbüsü, 3-ü isə digər dövlətlərin təşəbbüsü ilə keçirilib. Azərbaycanın belə təşəbbüslə çıxış etməsi ilk dəfədir və ilk dəfə videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək. Bütün dünya Prezident İlham Əliyevin önəmli təşəbbüsü ilə ilkə imza atdığını qeyd edir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya da Azərbaycanın bu təşəbbüsünün ən böyük dəstəkçilərindəndir. Rusiya tərəfinin xüsusi sessiyanın keçirilməsi və təşkili üçün əməkdaşlığa hazır olduğu dövlət rəsmiləri tərəfindən qeyd edilib. Xüsusi sessiya iyulun 10-dan başlayıb. Dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilməsi isə dövlətlər arasında məsləhətləşmələrdən sonra baş tutacaq”.

Millət vəkili nəzərə çatdırıb ki, Baş Assambleya mart ayından etibarən pandemiya ilə əlaqədar fəaliyyətini dayandırıb və nə zaman fəaliyyətə başlayacağı məlum deyildi: “Hətta BMT-nin öz mütəxəssisləri tərəfindən pandemiyanın ikinci dalğasının yenidən başlanacağı fikri irəli sürülür. Belə şəraitdə BMT-nin proseslərdən yan keçməsi qəbuledilməz olar. BMT kimi dünyanın bir nömrəli təşkilatı bu problemlərlə məşğul olmasa, onda kim bu sahədə işlər görməlidir?! Bəşəriyyətin BMT-dən çoxlu gözləntiləri var”.

T. Kərimli qeyd edib ki, BMT pandemiya kimi qlobal problemin müzakirəsindən yayına bilməz:


“Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizə ilə məşğul olur. Azərbaycan tərəfi də ÜST-ə daim müəyyən dəstək verir. Lakin ÜST məsələnin yalnız səhiyyə tərəfi ilə məşğul olur. Burada məsələnin iqtisadi, sosial tərəfləri də var. Bunun üçün BMT mübarizəyə qoşulmalıdır. Dövlət və hökumət başçıları arasında sessiya isə mümkün qədər tez təşkil olunmalıdır. İlham Əliyevin təşəbbüsü ilə çağırılan xüsusi sessiya dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilib. BMT ləngiməli deyil, prosesə çevik reaksiya verməlidir. BMT məsuliyyətini hiss etməlidir. Bu gün bütün dünya pandemiyanın əsirinə çevrilib.  Bu cür tədbirlərin keçirilməsi təcrübəsi artıq var. Bütün dünyadan çevik əməkdaşlıq tələb olunur. Azərbaycan bu məsələdə BMT-nin ən yaxın dəstəkçisi olub, məsələnin texniki tərəflərini təmin edə bilər. İlham Əliyev bütün dünyada rəqəmsal diplomatiyanın ilk təşəbbüskarı olub. Buna Ermənistan qısqanclıqla yanaşır. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya Ermənistanın əsl irticaçı mahiyyətinin bir daha şahidi oldu. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə, Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

 





12.07.2020    çap et  çap et