525.Az

Ərdoğanın oğullarının var-dövləti açıqlandı


 

Ərdoğanın oğullarının var-dövləti açıqlandı<b style="color:red"></b> Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğullarının sahib olduqları mülklərin siyahısı açıqlanıb.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu siyahını jurnalist İlhan Taşçı bəyanlayıb.
 
Jurnalistin yazdığına görə, baş nazirin oğulları qızıl ticarəti, qida sənayesi, sabun və kosmetika məhsullarına qədər bir çox sahədə biznesə sahibdir.
 
Məlumatda bildirilir ki, Harvard universitetində ictimai idarəçilik oxuyan Bilal Ərdoğan bir müddət Dünya Bankında işləyib, daha sonra qardaşı Burak Ərdoğan ilə dəyəri 1 milyon lirə olan villa alıb. Həmin villalardan biri də onların bacısı Vəsilə Ərdoğanın həyat yoldaşının olub.
 
Qeyd edilir ki, Bilal Ərdoğanın ABŞ-ın Marilənd ştatında da bir evi var. Baş nazirin böyük oğlu Burak Erdoğanın gəmisi var. Qardaşların “BMZ Qrup Dənizçilik və İnşaat A.Ş” aldı dənizçilik şirkəti var. Şirkətin quruluş kapitalı 3 milyon lirədir.
 
Bilal Erdoğan “Maye Xarici Ticarət” adlı şirkətlə kosmetika biznesinə də girib. Onun “Mis Hədiyyəlik Əşya Sənaye Ticarət Limited” şirkəti isə qoxulu sabunlar satmaqla məşğuldur.
 
Oğul Ərdoğanın eyni zamanda “Doruk Izgara Limited” adlı qida sənayesində fəaliyyət göstərən bir şirkəti də var.
 
Burak Ərdoğanın “Ata Gold” adlı qızıl satışı ilə məşğul olan şirkəti var.
 





27.12.2013    çap et  çap et