525.Az

Sərhəddə yaranan vəziyyətlə bağlı KTMT-nin təcili iclası keçiriləcək


 

Sərhəddə yaranan vəziyyətlə bağlı KTMT-nin təcili iclası keçiriləcək<b style="color:red"></b>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas iyulun 13-də təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə KTMT-nin saytında bildirilib.

Qeyd olunub ki, S. Zas ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə əlaqədar olaraq belə bir təşəbbüslə çıxış edib.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

 

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.

 





13.07.2020    çap et  çap et