525.Az

Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirdi


 

Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirdi<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirib.

Bu barədə jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, bəzi vətəndaşlarımızı orduya dəstək, Qarabağın işğaldan azad edilməsinə dair vətənpərvərlik hissi ilə sosial şəbəkələrdəki çağırışlarını biz anlayışla qarşılayırıq. Bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də belə çağırışlara lüzum yoxdur. Biləsiniz ki, belə məlumatların yayılması ancaq düşmənin maraqlarına xidmət edir”.

 





13.07.2020    çap et  çap et