525.Az

“Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatçı siyasətini qəbul etmir”


 

“Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatçı siyasətini qəbul etmir”<b style="color:red"></b>

“Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi sessiyasının çağırılması nəzərdə tutulurdu ki, bu da təxirə salındı və təşkilatın özü tərəfindən belə bir açıqlama verildi. Ümumiyyətlə, bu təşkilatın münaqişə ilə məşğul olmağa dair mandatı yoxdur və tamamilə başqa bir müstəvidə fəaliyyət göstərən təsisatdır. Ermənistan bu təxribatı törətməklə, özünün riyakarlıq və hiyləgərlik yolu ilə guya onların öz başa düşdüyü formada həmin təşkilatı da prosesə cəlb etmək istəyirdi, lakin növbəti dəfə ifşa olundu”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, beynəlxalq ictimaiyyətin, o cümlədən də qonşu dövlətlərin mövqeləri bunu açıq şəkildə göstərir: “Qardaş Türkiyə tərəfindən dərhal açıqlama verildi, Ermənistanın bu riyakar və çirkin siyasəti qəti şəkildə pislənildi. Həmçinin də İran İslam Respublikası tərəfindən açıqlama verildi. Rusiya dövləti də qonşu dövlət olaraq açıqlama verdi. Beynəlxalq ictimaiyyət, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar da açıqlama verirlər və mövqelərini bildirirlər”.

Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın qınanılması və bu hadisələrə obyektiv qiymətin verilməsi çox vacib xarakter daşıyır: “Bu gün Prezident, Ali Baş Komandanın tapşırığı əsasında Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, attaşelər toplandılar, onlara da təfərrüatlı məlumat verildi. Ona görə də beynəlxalq ictimaiyyətin mövqeyi bu gün bizi qane edir və yenə də beynəlxalq ictimaiyyətin, BMT Baş katibi, ATƏT və digər təsisatların məlumatlandırılması davam etdiriləcək. Bütün bunlar göstərir ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu riyakar, təxribatçı siyasətini qəbul etmir. Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə, mən özüm şəxsən ATƏT-in fəaliyyətdə olan sədrinin səhra nümayəndəsi Anji Kaspşiklə dəfələrlə danışmışıq. Bütün obyektiv məlumat da beynəlxalq ictimaiyyətin diqqətinə və nəzərinə çatdırılıb”.

 





13.07.2020    çap et  çap et