525.Az

“Ermənistan hərbi əməliyyatlara kompüter oyunları çərçivəsində yanaşırsa, çox yanılır”


 

“Ermənistan hərbi əməliyyatlara kompüter oyunları çərçivəsində yanaşırsa, çox yanılır”<b style="color:red"></b>

“Regionda bu kimi gərginliklərin qarşısının alınması üçün ilk növbədə Ermənistan tərəfindən Azərbaycana qarşı törətmiş olduğu və 30 ilə yaxın müddətdə davam edən işğal və təcavüz siyasətinə qoyulmalıdır. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, regionda sülh, təhlükəsizlik məsələləri ilə əlaqədar narahat olan bütün dövlətlər, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri öz səylərini daha da səfərbər edib Ermənistanın işğalçılıq siyasətinə son qoymalıdırlar: “Birincisi, Azərbaycan Respublikası beynəlxalq siyasi diplomatik müstəvidə öz fəaliyyətini davam etdirəcək. Ermənistanın bu cinayətkar əməli barəsində aidiyyəti beynəlxalq təsisatları və ölkələri məlumatlandıracaq və zəruri bəyanatlarla çıxış edəcək. Bütün beynəlxalq ictimaiyyət məlumatlandırılacaq. İkincisi, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını qoruyur və qorumağa davam edəcək. Əgər Ermənistanda kimlərsə 90-cı illərin xülyaları ilə yaşayırsa və Ermənistanın Müdafiə naziri kompüter oyunlarını sevir, hərbi əməliyyatlara da kompüter oyunları çərçivəsində yanaşırsa, çox yanılır. Bu gün Ermənistanın qarşısında, ümumiyyətlə, dünya silahlı qüvvələri qarşısında böyük bir potensiala, gücə malik olan Azərbaycan Silahlı Qüvvələri var. Bu Silahlı Qüvvələrimiz də Azərbaycanın sərhədlərini, mülki əhalinin təhlükəsizliyini qoruyur və qorumaqda davam edir. Düşmənin hər bir təxribatına Ali Baş Komandanın tapşırıqlarına uyğun olaraq layiqli cavab veriləcək”.

 





13.07.2020    çap et  çap et