525.Az

Gürcüstan geotimes.ge portalı Azərbaycan XİN-in bəyanatını yaydı


 

Gürcüstan geotimes.ge portalı Azərbaycan XİN-in bəyanatını yaydı<b style="color:red"></b>

İyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücuma keçmək cəhdləri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı Gürcüstanın dövlət qurumlarına və yerli KİV-ə göndərilib, habelə Diplomatik Nümayəndəliyimizin internet səhifəsində yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın nüfuzlu geotimes.ge saytı bəyanatın tam mətnini ingilis və rus dillərində dərc edib.

Materialda Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və ərazilərin Azərbaycan Ordusunun nəzarəti altında olması vurğulanır.

Eyni zamanda bütün mənbələrdə Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Azərbaycan ərazisi olması və Ermənistan tərəfindən işğal edilməsi faktı qeyd edilir.

 





13.07.2020    çap et  çap et