525.Az

Bred Pit ətir reklam edəcək (VİDEO)


 

Bred Pit ətir reklam edəcək<b style="color:red"> (VİDEO)</b>

30 saniyəlik reklam çarxı bu gündən etibarən telekanallarda yayımlanmağa başlayacaq. 

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Amerikanın tanınmış aktyoru Bred Pit məşhur moda evi Chanelin N5 adlanan ətrinin reklam çarxında rol alıb.

Qeyd edək ki, Bred Pit Chanelin reklam çarxında rol alan ilk kişi aktyoru oldu. Reklam çarxında çəkiləcəyi haqda Bred Pit daha öncələr mediaya açıqlama verib.
 
Xatırladaq ki, dünyanın ən çox satılan ətirlərini istehsal edən Channel N5 ilk dəfə olaraq fransız modelyeri Ernest Beaux tərəfindən yaradılıb. Dünya mediasında isə bu ada ilk dəfə 1953-cü ildə rast gəlinib.

Nigar Məhərrəm

 





15.10.2012    çap et  çap et