525.Az

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi açılıb


 

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi açılıb<b style="color:red"></b>

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan “Bakıya uçuş.

Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçirilib.
 
525.az-ın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva sərginin açılış mərasimində iştirak ediblər.
 
L.Əliyeva qeyd edib ki, “Bakıya uçuş” sərgisi iki ildir Azərbaycan mədəniyyətini dünyaya tanıdır: “Sərgi Avropanın altı ölkəsində keçirilib və böyük maraqla qarşılanıb. Bu sərgi Heydər Əliyev Mərkəzində iki ay davam edəcək və bununla da layihə sona çatacaq. Əminəm ki, sərgi Bakıda da böyük maraq doğuracaq”.
 
“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff ekspozisiyanın açılışında, ümumilikdə layihədə iştirak etməkdən məmnun olduğunu bildirib. Sərginin uğurla keçməsindən sevindiyini deyən E.Mikaeloff qeyd edib ki, gələcəkdə belə layihələrin sayı çox olacaq.
 
Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında layihənin ideya müəllifi Leyla Əliyevanın “Portağal ağacı”, “Qafqaz bəbiri”, “Zaman” və digər əsərləri də var.
 
“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi martın 1-dək davam edəcək.

 





28.12.2013    çap et  çap et