525.Az

Nazir Niderland səfirini qəbul etdi


 

Nazir Niderland səfirini qəbul etdi<b style="color:red"></b>

Xarici İşlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Onno Kerversi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfir Onno Kervers diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, iqtisadi, ticarət, habelə siyasi əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışıblar.

Tərəflər, eyni zamanda hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov səfir Onno Kerversi ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

 





14.07.2020    çap et  çap et