525.Az

Erməni faşizminin yeni cinayəti - Mina Rəşiddən yeni yazı


 

TƏCAVÜZKAR ÖLKƏ İNSANLIĞIN KORONAVİRUSLA MÜBARİZƏYƏ SƏFƏRBƏR OLDUĞU VAXTDA DA QANLI ƏMƏLLƏRİNDƏN ÇƏKİNMİR

Erməni faşizminin yeni cinayəti - <b style="color:red">Mina Rəşiddən yeni yazı</b>

İyulun 12-də ermənilər Azərbaycanın Tovuz istiqamətindəki təmas xəttindən ərazilərimizi artilleriya silahından atəşə tutaraq hucuma keçməyə cəhd ediblər. Lakin onlar Aprel döyüşlərində olduğu kimi, yenə də xəyal qırıqlığına uğrayaraq öz məğlubiyyətləri ilə barışmalı olublar... Ermənilər ölən və yaralılarını nə qədər ört-basdır etsələr də, həqiqət budur ki, düşmən xeyli itki verib və yaralılar var...

Azərbaycan əsgəri isə düşmənin xaincəsinə qəfil basqını zamanı öz ayıq-sayıqlığını və həmişə döyüşə hazır olduğunu bir daha nümayiş etdirib. Belə ki, ordumuzun igid əsgərləri nəinki düşmən hücumunun qarşısını alıb, hələ yeni postları da ələ keçirib... Bu haqq savaşında 4 şəhid verdik... Başın sağ olsun, Vətən! Yaralı igidlərimizə Allahdan şəfa diləyirik...

Qəlbimizi riqqətə gətirən həm də sadə vətəndaşlarımız oldu... Silahsız, ölkədə virusla bağlı karantin elan olunduğu bir vaxtda Azərbaycan insanı cəbhəyə doğru atıldı... İllərdi Qarabağ ağrısı, yurd həsrəti, vətən yanğısı ürəkləri o qədər yandırıb-yaxıb ki, o an hər şey unudulur. Vətən naminə hamı birləşir - hərə  bir əsgər olur... Tovuzda cəbhəyə axışan insanlarımız, Bakıda üçrəngli bayraqlara bürünüb küçələrə yüyürən vətəndaşlarımız bir daha sübut edirlər ki, biz Qarabağı geri qaytarmağa çoxdan hazırıq... Bütün qəlbimiz və güclü ordumuzla buna çoxdan hazırıq...

Bu anda dünyanın hər bir yerindən soydaşlarımızın və türk qardaşlarımızın  səsi ucalır. Biz bir yumruğa dönürük. Bu selin qarşısında heç bir düşmən tab gətirməz, bunu gərək Aprel qələbəsindən sonra düşmən dərk edib qəbul edəydi... Yox, əgər qəbul etmədisə, onda vay halına azğınların! Tezliklə cəzasına çatacaq zalım!

Bunu da qeyd etmək vacibdir ki, hazırda bütün dünyanın birləşib koronavirusla mübarizə apardığı bir vaxtda ermənilərin bu addımı bütün bəşəriyyətə qarşı bir cinayətdir! Cinayətkar isə öz cəzasını almalıdır. Biz bunu bütün dünyadan tələb edirik!

 





14.07.2020    çap et  çap et