525.Az

Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparıldı


 

Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparıldı<b style="color:red"></b>

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

APA-nın məlumatına görə, hər iki şəhidin cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, hər iki şəhid sabah dəfn olunacaq.

 





14.07.2020    çap et  çap et