525.Az

Şəhid mayor Anar Novruzov dəfn edildi - Yenilənib


 

Şəhid mayor Anar Novruzov dəfn edildi -<b style="color:red"> Yenilənib</b>

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.

20:30

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.

 





14.07.2020    çap et  çap et