525.Az

Britaniya atəşkəs rejiminin pozulmasından narahatlığını bildirdi


 

Britaniya atəşkəs rejiminin pozulmasından narahatlığını bildirdi<b style="color:red"></b>

“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir”.

Bu barədə Böyük Britaniya Ermənistan və Azərbaycan arasındakı sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı verdiyi bəyanatda bildirilib.

Britaniya hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırıb: “Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk.

Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla tərəflər arasında rəsmi danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olmasını göstərir."

 





15.07.2020    çap et  çap et