525.Az

İran Prezident Aparatının rəhbəri sərhəddəki hadisələrə münasibət bildirdi


 

İran Prezident Aparatının rəhbəri sərhəddəki hadisələrə münasibət bildirdi<b style="color:red"></b>

“Böhrandan yeganə çıxış yolu siyasi danışıqlardadır”.

Bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi “Twitter”də Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara münasibət bildirərkən deyib.

O bildirib ki, münaqişə tərəflərinin mənafeyi və ərazi bütövlüyünün təmini nəzərə alınmalıdır.

M. Vaezinin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma narahatlığa səbəb olub.

O qeyd edib ki, İran İslam Respublikası keçmişdə iki ölkə arasında vasitəçilik edib və hər iki ölkə ilə yaxşı qonşuluq əlaqələrinə malikdir.

“Bu səbəbdən lazım olarsa, bu sahədə hər növ yardım etməyə hazırıq”, - deyə M. Vaezi vurğulayıb.

 





15.07.2020    çap et  çap et