525.Az

ATƏT-in Minsk qrupu Ermənistan sərhəddə gərginliyin azalmasını alqışladı


 

ATƏT-in Minsk qrupu Ermənistan sərhəddə gərginliyin azalmasını alqışladı<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun bugünkü iclasından sonra həmsədrlər İqor Popov, Stefan Viskonti və Endryu Şofer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Kasprşik birgə bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gərginliyin azalması alqışlanıb və münaqişə tərəflərinə gərginliyin de-eskalasiyası üçün mümkün bütün tədbirləri görməyə dair çağırış edilib.

Bəyanatda tərəflər kəskin və bölgədəki vəziyyəti dəyişməyə yönəlmiş ritorikadan çəkinməyə çağırılıb: "Əldə edilən məlumata görə, 15 iyul səhər saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakitdir. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi  hərbi əməliyyatların azalmasını alqışlayır və tərəfləri de-eskalasiyanın davam etməsi üçün səy göstərməyə çağırır. Həmsədrlər tərəfləri kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməyə çağırır. Həmsədrlər sülh prosesinin bərpasına əlverişli mühit yaratmağın zəruriliyini bir daha vurğulayır".

Bəyanatda, həmçinin qeyd olunub ki, həmsədrlər Azərbaycanın və Ermənistan xarici işlər nazirlərinin tezliklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin şərtlər imkan verdiyi zamanda  bölgəyə qaytarılmasının vacibliyini vurğulayıblar.

 





15.07.2020    çap et  çap et