525.Az

Mirmehdi Ağaoğlunun hekayələr kitabı Türkiyədə çap edilib


 

Mirmehdi Ağaoğlunun hekayələr kitabı Türkiyədə çap edilib<b style="color:red"></b>

Yazıçı Mirmehdi Ağaoğlunun Türkiyədə "Her şey oğlum için" adlı hekayələr kitabı çap olunub.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir.

 





15.07.2020    çap et  çap et