525.Az

Suriyaya yardım aparan Ermənistan təyyarəsi Türkiyədə endirildi (VİDEO, YENİLƏNİB)


 

Suriyaya yardım aparan Ermənistan təyyarəsi Türkiyədə endirildi<b style="color:red"> (VİDEO, YENİLƏNİB)</b> Ermənistanın Suriyanın Hələb şəhərinə humanitar yardım aparan təyyarəsi Ərzurumda yerə endirilib

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə hazırda təyyarəyə baxış keçirilir. Türkiyə hökuməti təyyarədə hər hansı şübhəli yük aşkarlanmazsa təyyarənin Suriyaya gedişinə icazə veriləcəyini bəyan edib.

Uçuşdan əvvəl Türkiyə Ermənistana təyyarənin endiriləcəyi və yoxlanılacağı barəsində məlumat verib. Türkiyə Xarici İşlər Naziriliyindən bildirilib ki, bu keçən həftə endirilmiş Moskva-Dəməşq təyyarəsi ilə eyni hal deyil.

Jurnalistlərin hava limanına girişinə icazə verilmir.


 





15.10.2012    çap et  çap et