525.Az

Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb


 

Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Mülki şəxslər arasında xəsarət alan yoxdur.

 

 





16.07.2020    çap et  çap et