525.Az

“Müsəlman qardaşlar” Əl-Əzhəri yandırdılar


 

“Müsəlman qardaşlar” Əl-Əzhəri yandırdılar<b style="color:red"></b>

Misirdə fəaliyyəti qadağan olunan “Müsəlman qardaşlar” hərəkatını dəstəkləyən tələbələr Əl-Əzhər Universitetinin iki fakültəsinin binasını yandırıblar.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, islamçı tələbələr imtahan gedərkən biznes fakültəsinin binasında yanğın törədiblər. Kənd təsərrüfatı fakültəsinin binası da yandırılıb. Polislər hadisə yerinə gəldikdən sonra tələbələr onlara müqavimət göstərib. Nəticədə 1 tələb ölüb, 60 nəfər həbs olunub.
 
Qeyd edək ki, Əl-Əzhər Universiteti dünyanın ən qədim təhsil ocaqlarından biridir. Bu təhsil ocağı 988-ci ildə fəaliyyətə başlayıb.

 





28.12.2013    çap et  çap et