525.Az

Cəbhədə uğur hərbi güc ilə yanaşı, informasiya təhlükəsizliyi ilə də təmin edilir


 

Cəbhədə uğur hərbi güc ilə yanaşı, informasiya təhlükəsizliyi ilə də təmin edilir<b style="color:red"></b>

Bu günlərdə işğalçı Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində  irimiqyaslı hərbi təxribat törətməsi, ordumuzun mövqelərinə iri silahlarla hücum etməsi, yaşayış məntəqələrini artilletiya atəşinə tutması, döyüş əməliyyatları zamanı əsgər və zabitlərimizin şəhid olması, dinc sakinlərin yaralanması və həlak olması ilə bağlı yayılan müxtəlf sətkili xəbərlər xalqımızı dərindən həyacanlandırmış, informasiya məkanında yenidən ekstremal durum tələblərini gündəmə gətirmişdir.

Hadisələrə öz çevik imkanları ilə elektron media və sosial şəbəkə daha tez və daha geniş reaksiya vermişdir. Rəsmi informasiya KİV-də yayılana qədər gerçək vəziyyəti düzhün əks etdirməyən məlumat və bir sıra ehtiyatsız xəbərləşmələr, az da olsa, çaşğınlığa və gərəksiz narahatlığa səbəb olmuşdur. Yəqin ki, belə bir hal düşmən üçün göydəndüşmə olmuşdur.


Sosial şəbəkələrdə, guya, Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərimizi işğal etməsi, əhalinin öz evlərini kütləvi tərk etməsi, canlı itkinin çox olması barədə paylaşmalar həmin anlarda ordu bölmələrimizin düşmənə ağır zərbələr vuraraq onu geri oturtması gerçəyini müəyyən qədər kölgədə qoymuş, xalqın bu hünərdən doğan öyüncünü aşağılamağa xidmət etmişdir. Siyasi mövqeyi ilə düşmən dəyirmanına su axıdan “beşinci kalon”un və xaricdəki muzdlu siyasi təxribatçıların yayım və paylaşmaları isə məğlubiyyət, guya, düşmənin növbəti zəfər çalması notları üstündə köklənmişdir. Sosial şədbəkədə və elektron mediada hətta pozucu hərəkətlərə çağırışlar da səslənmişdir.


Bütün bunlar ölkənin informasiya təhlükəsizliyinin əsas yükünü çəkən KİV qurumlarında, peşəkar jurnalistlərdə, media mütəxəssislərində haqlı narazılıq vıə ciddi etiraz doğurur, məsuliyyətsiz şəxslərin və pozucu dairələrin zərərsizləşdirilməsi zəruriliyini yenidən gündəmə gətirir.


Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri Mədət Məmmədov da informasiya müharibəsində naşılıq və zəiflik göstərilməsinin yolverilməzliyini vurğuladı:


-Tarixi düşmənimiz olan  errmənilər bugünlərdə yenə dünyanı yalan və təxribatla çaşdırıb itirdiyi beynəlxalq rəyi geri qaytarmaq istədi. Lakin Azərbaycan rəhbərliyi və qüdrətli ordumuz bu fitnəkarlığın qarşısını qətiyyətlə aldıar. Düşmənə satsıdıcı zərdə vuruladu, onun çirkin niyyəti ifşa edildi. Bu uğurlu nəticənin alınmasında informasiya müharibəsində əldə etdiyimiz üstünlüyün də rolu danılmazdır. Lakin etiraf etməliyik ki, biz informasiya müharibəsində daha böyük üstünlük qazana bilərdik. Dönüklər və məsuliyyətsiz siyasətçilər, naşı xəbər yayıcıları bu işdə əvvəllər olduğu kimi, yenə ziyanlı faəliyyətləri ilə ortaya atıldılar. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasətinin mahiyyət və  hədəflərini belələrinə bir daha xatırlatmaq lüzumu yaranır.


Dövlətmizin informasiya təhlükəsizliyi siyasəti Milli Təhlükəsizlik Konsepsiyasında və “Milli Təhlükəsizlik haqqında” Qanunda öz əksini tapıb. Qanunda informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması aşağıdakı tələblərlə müəyyən olunur:


-informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;

-dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanması;

-informasiya infrastrukturunun inkişaf etdirilməsi;

-dövlət sirlərinin qorunmasının hüquqi mexanizminin təkmilləşdirilməsi;

-kibercinayətlərə qarşı mübarizə;

-informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması.

Mədət Məmmədov daha sonra dedi:

-Azərbaycanın informasiya təhlükəsizliyininə ciddi əməl olunmasının zəruriliyini dönə-dönə gündəmə gətirən Prezident İlham Əliyev bildirir ki, bizə qarşı informasiya aparan qüvvələrin böhran xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi informasiyalar vasitəsilə həyata keçirilir. Yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır.
Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların informasiya mıkanına yol tapmasına nə ad vermək olar?


Bugünlərdə Azərbaycanın dövlət başçısı Ermənistanı fəlakətə sürükləyən əvvəlki rəhbərliyin yaratdığı hərbi xunta və indiki naşı, avantürist baş nazir Nokol Paşinyanın yaratdığı diktatura rejimini kəskin tənqid etmişdi. Ölkəmizdəki siyasi narazılar və xəyantkar siyasətçilər heç bir əsas olmadan həmin durumun Azərbaycana da xas olmasını söyləməklə kimə və nəyə xidmət etdiklərimnin fərqində olmadılar.

Yada salaq ki, biz əvvəllər informasiya müharibəsində ermənilərə uduzurduq. Bütün dünya erməniləri bu işi mütəşəkkil qurumların fəallığı və dövlət səviyyəsində aparırlar. Artıq biz bu məsələdə onları qabaqlaya bilmişik. Bu uğur Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun təşəbbüsü Azərbaycanda və yaxın-uzaq xarici ölkələrdə keçirilən tədbirlərin nəticəsidir. İndi dünya birliyi Azərbaycanı daha yaxından və daha yaxşı tanıyır. Bütün bunların nəticəsidir ki, Ermənistanın budəfəki təxribatçı hücumu ona heç bir uğur gətirmədi, əksinə, dünya birliyi onu qonşi dövlətin sərhədini pozmaq cəhdinə görə kəskin qınadı.

Müsahibimiz haqlıdırlar: "Hərbi təcavüzkarı yerində oturtmaq üçün əvvəlcə onu informasiya cəbhəsində tərksilah etmək tələb olunur. Bu vəzifəni yerinə yetirmək üçün ölkəmizin informasiya məkanı da öz sərhədlərini möhkəm qorumalı, düşmənə qarşı hücum mövqeyini daim möhkəmləndirməlidir".


 





16.07.2020    çap et  çap et