525.Az

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırıldı


 

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırıldı<b style="color:red"></b>

“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub: “BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir: “İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.

 





16.07.2020    çap et  çap et