525.Az

"Ermənistan ictimaiyyəti hakimiyyətlərindən itkilərin sayının açıqlanmasını tələb etsin”


 

"Ermənistan ictimaiyyəti hakimiyyətlərindən itkilərin sayının açıqlanmasını tələb etsin”<b style="color:red"></b>

"Ermənistan silahlı bölmələri ötən gecə təxribata əl atıblar”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən zəruri addımlar atılır, düşmənə layiqli cavablar verilir: “Digər tərəfdən, Ermənistan ATƏT-in Minsk Qrupuna yalvararaq atəşin dayandırılmasını xahiş edir, nisbi sakitlik olanda isə yenidən atəşkəsi pozur. Ermənistan ictimaiyyətinin hərbi avantüraya görə verilmiş itkilərin sayının açıqlanmasını hakimiyyətlərindən tələb etməsini istəyərdik”.


 

 





16.07.2020    çap et  çap et