525.Az

“Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”


 

“Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”<b style="color:red"></b>

“Bu gün kütləvi şəkildə tədbirlərə qatılmaq qanun pozuntusudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, koronavirus təhlükəsinə görə 5 nəfərdən artıq toplaşmaq qadağandır”.

Bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, insanların vətənpərvərlik duyğusunu anlayışla qarşılayır: “Ancaq yoluxma təhlükəsini nəzərə alsaq, bu gün bu formada, kütləvi şəkildə toplaşmaq düzgün deyil”.


 

 





16.07.2020    çap et  çap et