525.Az

Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır


 

Vaqif Səmədoğlu bu gün Bakıya qayıdır<b style="color:red"></b>  Xalq şairi Vaqif Səmədoğlu Bakıya qayıdır.
 
V. Səmədoğlunun APA-ya verdiyi məlumata görə, İsraildəki müalicəsi bu günlərdə başa çatıb: “İndi Təl-Əvivdə aeroportdayam. Danışmaq imkanım yoxdur, axşama Bakıda evdə olacağam, geniş danışarıq. Kəsə deyim ki, özümü hələlik normal hiss edirəm”.
 
Qeyd edək ki, V. Səmədoğlu xərçəngdən əziyyət çəkir. O, müalicə almaq üçün bir müddət əvvəl İsrailə gedib.
 





29.12.2013    çap et  çap et