525.Az

Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq


 

Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq <b style="color:red"></b>

Bu dəqiqələrdə Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilir.

“Qardaşlıq” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinq azı 200 nəfəri birləşdirib.

Aksiya iştirakçıları “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar var.

İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının də təmsilçiləri var.

Mitinq insidentsiz keçir, çaşqın və köməksiz halda kənarda dayanaraq, öz ölkələrinin necə “yuyulub sərilməsini”, onun “tarixi xüsusiyyətləri” və “Allah tərəfindən seçilmələri” barədə yalanların necə ifşa edilməsini izləyən ermənilər də hər hansı provokasiya törətməyə cəsarət etmirlər. Buna baxmayaraq, şanlı macar polisi də sayıqdır, hər hansı provokasiyanın qarşısını almağa və bu günlərdə Varşava və Londonda keçirilən aksiyaların gedişində ermənilər tərəfindən qeydə alınan alçaq hərəkətlərin bənzərinə yol verməməyə hər an hazırdır.

 





18.07.2020    çap et  çap et