525.Az

Türk Ədəbiyyatı Vəqfindən Azərbaycanın haqq işinə dəstək


 

Türk Ədəbiyyatı Vəqfindən Azərbaycanın haqq işinə dəstək<b style="color:red"></b>

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın Tovuz rayonu sərhəddində başlayan və günlər boyu davam edən qarşıdurmaya bir çox ölkələr də münasibət bildirir, haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirlər.

İlk gündən Azərbaycanın yanında olan həmin ölkələrdən birincisi qardaş Türkiyədir. Türkiyədən Azərbaycana növbəti dəstək Türk Ədəbiyyatı Vəqfindən gəldi.

Vəqfin sədri Sərhat Kabaklı baş verənlərlə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara məktub ünvanlayıb.

Məktubda deyilir:

“Əziz dostum Anar.

Azərbaycanımızın dilbər guşəsi Tovuza yönəlmiş erməni hücumlarını Qarsa, Ərzuruma olan bir hücum kimi qəbul edir, şiddətlə və nifrətlə qınayıram.

Qəhrəman Azərbaycan Ordusunun düşmənlərimizə lazımi cavabı qat-qat artıq verməyini böyük bir qürurla izləyir və vətən uğrunda şəhid düşən qəhrəman zabitlərimizə, qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyirəm.

Əziz Ustadım.

Tariximizin hər dövründə olduğu kimi, yeni bir erməni xəyanətiylə qarşı-qarşıyayıq. Ancaq bu xain hücumları həyata keçirənlər bunu əsla unutmasınlar ki, Türk Dünyasının qəlbi Azərbaycan qətiyyən yalnız deyildir! 83 milyonluq Türk millətinin hər bir fərdi qəhrəman qardaşlarımızın yanında döyüşməyə hazırdır; Türkiyə Cümhuriyyəti dövləti isə maddi və mənəvi bütün gücü ilə Azərbaycanımızın yanındadır.

Qəhrəman Azərbaycan ordusunun, qısa müddət içində bu hücumları dəf edərək işğal altındakı vətən torpaqlarını da azad edəcəyinə ürəkdən inanır, Türk Ədəbiyyatı Vəqfi olaraq Azərbaycanın bu müqəddəs davasına hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirirəm.

Yaşasın Azərbaycan və Türkiyənin əzəli və əbədi qardaşlığı...”

Şahanə MÜŞFİQ



 





18.07.2020    çap et  çap et