525.Az

"Ulduz"un iyun sayında...


 

"Ulduz"un iyun sayında...<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Ulduz" jurnalı bu dəfə də maraqlı materiallarla oxucuların görüşünə gəlib.

Jurnalın iyun nömrəsi şair, esseist Fərid Hüseynin özüylə söhbəti və esseləri ilə açılır. Esseləri "Şeir vaxtı" rubrikası ilə Vasif Zöhraboğlunun şeirləri izləyir. Rubrikada, həmçinin, Nigar Arif, Tural Turan, Habil Rzanur, Canər Gökçəoğlu, Ülvi Ələkbərzadənin poeziya nümunələri var.

"Müzakirə saatı" rubrikasında professor Rüstəm Kamalla tənqidçi Nərgiz Cabbarlı Əjdər Olun "Lo" romanı haqqında söhbət edirlər.

"Nəsr" rubrikasında Fariz Yunislinin "Daş", Nizami Adışirinin "Boğça", Xəyalə Sevilin "Ağac ana" hekayələri çap olunub.

"İtki" rubrikasında gənc yaşda həyatını itirən şair Orxan Adiloğlunun şeirləri yer alıb.

Orxan Arasın "Çingiz Aytmatovun əsərlərində yadlaşma", Cavanşir Yusiflinin "Bizim üçün qızılgül", Qəşəm Nəcəfzadənin Nuranə Nurun şeirləri haqqında yazdığı "Sənə bir xəbərim vardı...", Cahangir Məmmədlinin "Qəlbimizin Bəhruz nisgili",  Səhər Əhmədin Sehran Allahverdi yaradıcılığına həsr etdiyi "Daşa, divara, quma çizilmiş şeirlər" məqalələri də jurnalın bu sayındadır.  

"Böyükdən uşağa" xüsusi rubrikasında şair Qulu Ağsəsin iki yaşlı İpək Məcidə həsr etdiyi şeiri yer alıb. Dinar Həmidovanın tərcüməsində Rey Bredberinin "Dadli Stounun təəccüblü ölümü" hekayəsi "Tərcümə saatı"nda, Mustafa Çəmənlinin "Gözə görünməz düşmən" hekayəsi "Ovqat"da, İlham Abbasovun Con Qolsuorsi haqqındakı "Məhəbbət nasiri" məqaləsi "Ədəbiyyat üzrə Nobel mükafatı laureatı" rubrikasındadır.

Jurnalın ənənəvi "Sərgi" bölməsində Günay Məmmədlinin rəsm əsərləri yer alıb.

ŞAHANƏ

 





20.07.2020    çap et  çap et