525.Az

Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə dərdləşmə


 

Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə dərdləşmə<b style="color:red"></b>

Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
mukhtarkazimoglu@gmail.com

Başlıqdakıüstündəqoşması özündən sonramübahisəsözünü, bəlkə, daha çox tələb edir, yəniklassik ədəbiyyat üstündə mübahisədil-üslub baxımından, bəlkə, daha münasib deyim formasıdır. Olsun. Etirazım yoxdur. Amma mən bu yazıda AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə mübahisə etmək yox, məhz dərdləşmək fikrindəyəm. Dərdləşməyin məlum məşhur qaydası var: tərəf-müqabilinlə üz-üzə, göz-gözə oturub onu səni narahat edən mətləblər barədə söhbətə başlayırsan. Başlıqda işlək deyim formasından qaçmaq istədiyim kimi, yazının özündə dərdləşməyin bu məlum məşhur qaydasını bir qırağa qoymaq istəyirəm. İstəyirəm T.Kərimlinin qızıldan qiymətli vaxtını almadan söhbəti (əgər bunasöhbətdemək mümkünsə) onun kitabları ilə söhbət şəklində quram.

Kitabları (həm Nizami Füzuliyə, həm Akif Əlizadə, İsa Həbibbəyli Əhməd Mahmudov kimi akademiklərə həsr olunan kitabları) deyir ki, klassik ədəbiyyat Teymur Kərimlidən ötrü sadəcə tədqiqat predmeti deyil, klassik ədəbiyyat Teymur Kərimlidən ötrü bir düşüncə tərzi, davranış normasıdır. Teymur Kərimlinin sənətə, insanlara, ətrafdakı hadisələrə münasibətində, oturub-durmağında Nizamidən, Füzulidən gələn, yaxud onlarla səsləşən cəhətlər var. Oturub-durmaq məsələsini heç elə-belə, sözgəlişi xatırlatmıram. Bu məsələni bəri başdan xatırlatmaqla bildirmək istəyirəm ki, Teymur Kərimlinin həyat-məişətdəki davranış tərzindən az-çox xəbərdaram. 1972-ci ildən tanıdığım Teymur Kərimlinin xasiyyəti-xarakteri onun əsərlərinə açar tapmağa kömək edir. Bu fikri tərsinə söyləmək olar: Teymur Kərimlinin əsərlərini oxumaqla bir insan kimi onun özünü daha yaxından tanımaq olur. Teymur Kərimli riyaziyyat  təmayüllü orta məktəbi qızıl medalla bitirib riyaziyyat yox, ədəbiyyat dalınca gedir, ədəbiyyat aləmində isə könül verdiyi, qırılmaz tellərlə bağlandığı sənətkarlar məhz Nizami Füzuli olur. Bu kimi bioqrafik faktları Teymur Kərimlinin kitablarını oxumadan doğru-düzgün qiymətləndirmək olarmı? Əlbəttə, olmaz. Hələlik kitabların incəliklərinə varmadan Teymur Kərimlini Nizami Füzuliyə bağlayan mənəvi dəyərləri ümumi şəkildə diqqətə çatdırmaq istəsəm, nəfsin, dünyagirliyin fövqünə qalxmağı lap başda qeyd etməliyəm. Bildirməliyəm ki, dünyanın naz-nemətinə aldanmamağı oxucuya dönə-dönə tövsiyə edən Nizami Füzuliyə üz tutmağın özü bəri başdan tədqiqatçının xarakteri barədə müəyyən təsəvvür yaradır. Tədqiqatçı qısa vaxtda populyarlıq qazanmaq istəsə, real həyatda yaşayan nüfuzlu yazıçılardan yaxud haqq dünyasına qovuşan, amma oğul-uşağı yüksək mənsəb sahibi olan yazıçılardan mövzu götürər. Tədqiqatçının Nizami Füzuli kimi sənətkarlardan mövzu götürməsində isə ad-san qazanmaq şansından daha çox risk var. Risk, söz yox ki, mövzunun çətinliyində, Nizami Füzuli yaradıcılığının forma məzmunca mürəkkəbliyindədir. Bu çətinlik mürəkkəbliyin öhdəsindən gəlmək üçün  Avropa rus ədəbiyyat elminə bələd olmaqdan əlavə, ərəb fars dillərini bilməlisən, Şərq mifologiyası ədəbiyyatına, islam mədəniyyətinə dərindən bələd olmalısan. Ağır zəhmət, yüksək professionallıq tələb etdiyindəndir ki, Nizami Füzuli yaradıcılığının, bütövlükdə klassik ədəbiyyatımızın araşdırılması bu gün Teymur Kərimli kimi bir neçə ciddi alimin ümidinə qalıb. Elə Teymur Kərimli ilə dərdləşərkən toxunmaq istədiyim məsələlərdən biri budurklassik irsə maraq göstərənlərin sayca get-gedə azalması. Klassik irsə maraq oyatmaq, görünür, orta məktəbdən başlamalıdır. Orta məktəbdə ərəb fars dillərinin tədrisinə diqqət artırılmalı, ərəb əlifbasını  öyrənmək öyrətmək zəruri bir kimi təhsildə öz yerini tapmalıdır. Ərəb əlifbasını bilmədikcə biz həmin əlifbada yazılan qaynaqlarımızdan ayrı düşürük, klassik irsin öyrənilməsinə gedə biləcək yolu bu başdanca bağlamış oluruq. Klassik irsin öyrənilməsini bu gün heç olmasa dini mənbələrin öyrənilməsi ilə uzlaşdırmaq olmazmı? Axı son vaxtlar ərəb fars dillərini öyrənənlərin çoxu islam təliminə az-çox yiyələnmək istəyənlərdir. İşi elə qurmaq olmazmı ki, islam təliminə baş vuranlar, mollalıq dalınca gedib-getməmələrindən asılı olmayaraq, klassik ədəbiyyata mötəbər qaynaq kimi baxsınlar dindarlar arasından Nizami, Nəsimi, Füzulinin... görkəmli tədqiqatçıları yetişsin!? Bu işdəolmazıolara çevirmək üçün gərək din adı altında aramıza girib varlığımızı sarsıtmağa çalışan kənar siyasi qüvvələrin təsirinə düşməyək, Nizami, Nəsimi, Füzuli... kimi mənəvi atalarımızı yaddan çıxarıb, hər yoldan ötənin ətəyində namaz qılmayaq.

Ərəb-fars dillərini öyrənənlərin belə, klassik ədəbi irsə çox da maraq göstərmədiyi bir vaxtda Teymur Kərimli kimi bədii söz xiridarlarının qədir-qiymətini bilmək borca çevrilir sən hansı yollasa o borcu ödəməyə çalışırsan. Düşünürsən ki, borcu ödəməyin yollarından biri Teymur Kərimlini oxumaq, onun böyük zəhmət yüksək professionallıq bahasına gəldiyi irəli sürdüyü qənaətləri bölüşməkdir. Bölüşməli qənaətlərdən biri klassikin davranışı ilə bağlıdır. Klassikin davranışındakı qaranlıq məqamların aydınlaşdırılması Teymur Kərimli tədqiqatına xüsusi impuls verir. NizamininXəmsə zəmanəsinin səkkiz hökmdarına tərif dolu fəsillər həsr etməsini necə başa düşmək lazımdır? Təmtəraqlı ithaflar, bəlağətli mədhnamələr yalnız maddi təminat üçündürmü? Teymur Kərimli bu kimi suallara bir aydınlıq gətirməklə özünü Nizami haqqında söz deməyə daha çox kökləyə bilir: “Nizaminin fikri yalnız qonorar olsaydı, nəqdi qoyub nisyə dalınca düşməz, uzaq Ərzincana, Marağaya, Şirvana, Təbrizə əsər göndərməzdi. Məsələ burasındadır ki, o dövrün ən etibarlı kitab fondları şahların saray kitabxanaları xəzinələri idi. Həm saray kitabxanalarında qiymətli əlyazmaların üzünün nəfis şəkildə köçürülüb çoxaldılması üzrə o dövrün miqyaslarına görə qızğın geniş aparılırdı. Bundan əlavə, əlyazmaları qədər uzağa göndərilirdisə, onların daha böyük əraziyə yayılmaq ehtimalı bir o qədər artırdı”. Şair hökmdar məsələsini diqqət mərkəzində saxlamaq Teymur Kərimliyə, bir tərəfdən Nizaminin necə insan olduğunu başa düşmək üçün lazımdırsa, o biri tərəfdən onun necə sənətkar olduğunu başa düşmək üçün lazımdır. Nizamini bir sənətkar kimi ideal hökmdar məsələsi dərindən-dərinə düşündürürsə, söz yox ki, araşdırmada həmin məsələdən yan keçmək olmaz. Teymur Kərimli nəinki həmin məsələdən yan keçmir, həm məsələyə müəyyən qədər yeni baxış bucağından yanaşa, başqalarının görə bilmədiyi cəhətləri görə bilir. Yeni baxışLeyli Məcnunpoemasına münasibətdə daha qabarıq şəkildə ortaya çıxır. Nizaminin ideal hökmdar axtarışlarından bəhs edənlərin yekdil qənaətinə görə, “Leyli Məcnunbir məhəbbət dastanı kimi bu axtarışlardan qıraqda qalır. Poemanı sırf məhəbbət dastanı saymaqda bir qəbahət görməyən Teymur Kərimli isə bu məhəbbət dastanını ideal hökmdar meyarları ilə nəzərdən keçirməyin mümkün olduğuna bizi inandıra bilir. Əvvəla, Teymur KərimliLeyli Məcnunun ənənəvi giriş hissəsində Nizaminin hökmdarlarla bağlı fərqli fikirlərinə diqqət yetirir. İkinci tərəfdən isə, Teymur Kərimli poemanın əsas süjet xəttində başqalarının müşahidə etmədiyi məcazi yüklü hökmdar obrazının olduğunu üzə çıxarır. “Leyli Məcnunun ənənəvi girişində Teymur Kərimlinin diqqət yetirdiyi fərqli məqam budur: “Padşahları oda bənzədən Nizami, onlara çox yaxınlaşmağın təhlükəli olduğunu, onlarla həmişə müəyyən məsafə saxlamağın zəruriliyini obrazlı bir dillə açıb göstərmişdir:

Quru pambıq oddan qorunduğu kimi,

Sən padşaha yaxın olmaqdan saqın!

O od nurla dolu olsa da,

Ondan uzaq olan şəxs asudədir.

Şamın nuru ilə parlayan pərvanə,

Şam məclisində əyləşdiyi üzündən yandı”.

Əlbəttə, burada məcazi mənalı hökmdardan söhbət getmir. Məcazi mənada hökmdar obrazını Teymur Kərimliyə görə, poemanın baş qəhrəmanı Məcnunun timsalında axtarmaq lazımdır: “Məcnun müəyyən mənada şahdır, hökmdardır. Həm onun hökmran olduğu məhəbbət, sədaqət, vəfa səltənətində ideal qayda-qanun mövcuddur. Əgər başqa poemalarında Nizami şahlara necə şahlıq etməyi öyrədirsə, Məcnuna münasibətdə bunun şahidi olmuruq. Şair necə sevməyi, necə sədaqət vəfa, fədakarlıq göstərməyi Məcnuna öyrətmək fikrində deyildir. Demək, Məcnun məhəbbət mülkünün, eşq ölkəsinin ideal hökmdarıdır yer üzərində ideal bir quruluş varsa, o da məhz məhəbbət ölkəsində bərqərar olmuş qayda-qanunlar toplusuna əsaslanmaqdadır”. Eşq mülkünün sultanı məsələsinin Nizamidə ötəri yox, köklü bir məsələ olduğu sələf-xələf müstəvisində daha aydın görünür. Nizaminin irəli sürdüyü aşiq-sultan konsepsiyası Nizamidən sonrakı ədəbiyyatımızda məhəbbət lirikasının əsas xətlərindən birinə çevrilir. Xətai, sələfinin təsiri ilə belə hesab edir ki, öz zəmanəsində məhəbbət diyarının sultanıdır, qəmlə qüssə qoşa vəzir kimi sağ-solunda oturublar. Füzuli öz ustadına arxalanıb belə hesab edir ki, eşq mülkü padşahla dilənçinin bərabər olduğu bir mülkdür; bu mülkdə məşuqə aşiqi taxtdan salıb onun yerində padşah ola biliraşiqin öz sevgilisinə hərdənpadşahımdeməsi məhz o səbəbdəndir.

Bəs aşiqin hökmran olduğu məhəbbət diyarının tarixi-coğrafi  əsası vardırmı? MövzusuNizami tarixolan Teymur Kərimli məhəbbət diyarından danışmaqla mətləbdən kənara çıxmırmı? Teymur Kərimlinin Nizami haqqında yazdıqlarından bu cür sualların ortaya çıxmasısadəsəbəblə bağlıdır: Teymur Kərimli tarixdən heç bizim vərdiş etdiyimiz bir formada danışmır. Onu hadisələrdən daha çox fikirlər, ideyalar maraqlandırır. Başqa cür desək, onu hadisələrin real həyatda həqiqətən baş verib-verməməsindən daha artıq dərəcədə fikir ideyaların real tarixi şəraitlə bağlılığı maraqlandırır. Söhbəti konkret olaraq aşiq-hökmdar məsələsi üzərinə gətirsək, qeyd etməliyik ki, Məcnun da başqaları kimi real bir ölkənin sakinidir onun xəyali bir sultana çevrilməsi məhz bu reallıqdan, şəxsiyyət azadlığına zidd tarixi şəraitdən doğur. Hər şeyin, eləcə məhəbbətin alınıb-satıldığı bir şəraitdə Məcnun real aləmlə əlaqələri kəsib, xəyali bir ölkənin hakimi-mütləqi olmaq qərarına gəlir. Xəyali ölkə, real tarixi şərait barədə dolğun bədii təsəvvür yaratmaq üçün müəllif tez-tez realla irrealın toqquşması xəttindən istifadə edir. bu toqquşmada Məcnunun atdığı addımları başa düşmək heç asan olmur.

Ətrafdakı adamlar Məcnunun qəribəlikləri üstündə baş sındırmağa lüzum görmürlər, Qeysi Məcnun elan etməklə, qəribəlikləri dəliliyin əlaməti saymaqla onlar məsələnihəll etmişolurlar. Məcnunun ağlasığmaz addımlarını anlamaqda başlıca çətinlik oxucunun çətinliyidir. Əlbəttə, oxucu nəzərə alır ki, Məcnunun faciəsi cəmiyyətdəki eybəcərlikləri dərindən duyan idrak sahibinin faciəsidir. Amma idrak sahibi öz atasının dəfninə, ümumiyyətlə, yasına gəlmirsə, oxucu doğrudan da, suallar qarşısında qalır. Teymur Kərimli bir oxucu mütəxəssis kimiXəmsənin bu cür sual doğuran nöqtələrini daha çox qabardır irəli sürdüyü mülahizələrlə suallar ətrafında düşünüb-daşınmaq imkanı yaradır. sən düşünürsən. Düşünürsən ki, çağdaş dünya ədəbiyyatının tez-tez üz tutduğu laqeydləşmə problemi hələ XII əsrdə Nizami yaradıcılığında yüksək bədii həllini tapıb. XX əsrin görkəmli yazıçılarından olan A.KamyununYadadlı hekayəsinin qəhrəmanı eynilə Nizaminin Məcnunu kimi öz valideyninin dəfninə gəlmir. A.Kamyuda qəhrəmanın bu hərəkəti fərdi keyfiyyətdən daha çox sosial mühitin insana mənfi təsirinin bir əlaməti kimi təqdim edilir. Bu sözləri müəyyən mənada Məcnunun da hərəkətinə aid etmək olar. Fərq bundadır ki, A.Kamyudakı qəhrəmanın təbiətcə həssaslığından xəbərsiz olduğumuz halda, Məcnunun dərəcə qəlb adamı olmasından xəbərdarıq. Elə məsələnin məğzi bu nöqtədədir. Məsələ burasındadır ki, cəmiyyət son dərəcə həssas bir adamı doğma atasının cənazəsi üstünə gəlməmək həddinə çatdırır, normalı anormala çevirir.

Normalın normal olaraq qalmasında insanın insan kimi yaşamasında Nizaminin hökmdarlara (məcazi yox, həqiqi mənada hakimi-mütləqlərə) böyük ümid bəsləməsi, “Xəmsə hökmdarlara geniş yer verməsi bəlli məsələdir Teymur Kərimli bu bəlli məsələnin qədər naməlum qaranlıq nöqtələrinə işıq tutur. Bu, öz yerində. Amma birdən... tarixi kökü olan hökmdar obrazları sırasında Allah obrazının da araşdırılmasını görəndə çaşırsan çaşıbXəmsənin yazıldığı bir dildə öz-özündən soruşmalı olursan: an koca, in koca? (yəni, o hara, bu hara?) Sual beynində, kitab əlində Allah obrazının təhlilinə həsr olunmuş fəsli oxumağa başladıqca ürəyin yavaş-yavaş öz yerinə gəlir. Aydın olur ki, bizim formal parçalar sayıb ildırım sürəti ilə üstündən keçdiyimizTövhidMinacatlarda da Teymur Kərimli ideal hökmdar, ümumilikdə ideal insan problemi ilə səsləşən maraqlı cəhətlər tapır. Belə maraqlı cəhətlərdən biri od-alov kimi adamı yandırıb külə döndərən hökmdarlardan fərqli olaraq, Tanrının həmişə insan yanında olub, ona arxa-dayaq durmasıdır. Allah insana o qədər yaxındır ki, Nizami Onunla söhbət etməyə can atır. Bu söhbətdə Nizami Tanrıya müraciət etdiyi kimi, Tanrı da bəzən Nizamiyə müraciət edir. Ərkyanə, məhrəmanə söhbətdən ürəklənən Nizami ortodoksal islamınhikmətə sual yoxdurhökmü ilə razılaşmadan bəzən şübhə içində hikmətə suallar verəsi olur:

Belə yaxşı şən dünya yaratdığın halda,

Əbədilik üçün cənnətə həvalə edildi?

Başqa dünya bundan daha yaxşı ola bilməz...

Sən onu (o dünyanıM.K.) yaxşı hesab edirsənsə, qoy sən deyən olsun”.

Cənnətin varlığına şübhə ilə yanaşması da, sözünüqoy sən deyən olsunşəklində tamamlaması da Nizaminin Tanrı ilə yaxınlığının, daha doğrusu, Tanrını özünə yaxın doğma bilməsinin bir ifadəsidir. Nizami bu cür doğmalığın rəiyyətlə hökmdar arasında olmamasına təəssüflənir. Amma bu, Nizamini ruhdan salmır, o, belə hesab edir ki, hökmdarı, bütövlükdə insanlarıTanrının yaratdığı ali varlıqmərtəbəsinə qaldırmağın çarəsi var. Nədədir bu çarə? Teymur Kərimlinin bələdçiliyi ilə bir çox başqa suallar kimi, bu sualın da cavabını tapmaq mümkün olur. Aydın olur ki, “Tanrı dərgahının açarı olan söz insan qəlbinin açarıdır. Bu açarla insan duyğusunun idrakının ən qaranlıq hücrələri açılmalı, heyvani instinktlərin toz-torpağından təmizlənməli, bilik hikmət ziyası ilə nurlandırılmalıdır. Lakin bu zərif, poetik söz olmalıdır; çünki hər söz insan hisslərini ehtizaza gətirən rezonator kimi fəaliyyət göstərə bilməz, hər söz insan idrakının mürgüləyən potensiyasını hərəkətə gətirən açar rolunda çıxış edə bilməz”. Teymur Kərimlinin bədii söz haqqındakı bu fikri sadəcə fikir olaraq qalmır. İrəli sürülən mülahizə Nizamidən gətirilən parçalar əsasında xırdalanır, açıqlanır nəticədəXəmsəpoetikasının ana xətləri üzə çıxarılmış olur. Ana xətlərdən biri əksər misra beytlərin məcazi məna daşıması, hətta bir çox hallardaobrazlı qəlizlik” (Yaşar Qarayev) həddinə çatmasıdır. Söz meydanı xeyli dar olan lirikada ilhamı ram etməyə çalışan NizamiXəmsə  buna ehtiyac görmür oxucunu məcazlar selinə qərq edir. “Xəmsənin poetikasındakı bu cəhətin mahiyyətini açmaq istərkən Teymur Kərimli çağdaş ədəbiyyatşünaslığın psixoloji nəsrə münasibətdə daha çox işlətdiyi  şüur axınıistilahına oxşar bir ifadədən istifadə edir – “təşbeh axını”. Ən çox müəllif təhkiyəsində qarşılaşdığımıztəşbeh axını”, bütövlükdəməcaz selixüsusi üslubi istiqamət kimi Nizamidən sonrakı şairlərə əsaslı təsir göstərir Füzuli həmin üslubun heyrətamiz mənzərəsini yaradır...

Bu yerdə, aydınlaşdırmaq istədiyim növbəti bir sual ortaya çıxır: Füzuli yaradıcılığında Mirzə Fətəli Axundzadəni hövsələdən çıxaran ona (Mirzə Fətəli Axundzadəyə) “Füzuli şair deyil... ancaq nazimi-ustaddırsözlərini dedirdən idi? Bu məsələni aydınlaşdırmaq üçün əvvəlcə gərək Mirzə Fətəli Axundzadənin şeir qarşısında hansı tələb şərtlər qoymasının kimləri şair saymasının fərqinə varaq. Yadımıza salaq ki, Mirzə Fətəli Axundzadə şeirdən məzmun gözəlliyi ifadə gözəlliyi umur bunu bizim klassik şairlər arasında Nizamidə görür, müəyyənqüsurunu göstərmək (yənibir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu etdiyinibildirmək) şərti ilə Nizamini şair hesab edir. Molla Pənah Vaqif Qasım bəy Zakiri şair kimi yüksək qiymətləndirməsindən  belə başa düşmək olur ki, Mirzə Fətəli Axundzadə ictimai məzmun daşımağı şeir (o cümlədən epik şeir) üçün vacib cəhət sayır. Nizamidən fərqli olaraq, Füzulidə ictimai məzmunun o qədər qabarıq olmaması, məncə, Mirzə Fətəli Axundzadənin Füzulidən narazılığının birinci səbəbidir. Mən bilən, narazılığın ikinci səbəbi, haqqında qismən geniş danışmaq istədiyimtəşbeh seli”, “məcaz seliməsələsidir. Çox güman ki, “məcaz selini Nizami üçün qüsur sayan Mirzə Fətəli Axundzadə buselinFüzulidə real ictimai problemlərin ifadəsinə çox da yönəlmədiyini gördükdə hövsələdən çıxır məhəbbət şairinin ünvanına o cür sərt sözlər işlətməli olur. Mirzə Fətəli Axundzadənin Füzuliyə sərt münasibətinin daha ciddi başqa səbəbi var: yaranmaqda olan yeni ədəbiyyata divan ədəbiyyatının, xüsusən Füzuli şeirinin mane olacağından nigaranlıq narahatlıq. Bəli, bütləri sındırmaqdan çəkinməyən Mirzə Fətəli Axundzadə Füzuli bütünü sındırıb yeni ədəbiyyat yaratmaq istəyirdi. Bu istək gerçəyə çevrildiyeni ədəbiyyat yarandı. Amma divan ədəbiyyatı yeni ədəbiyyat mübahisələri tam həll olub qurtarmadı bu günün özündə həmin mübahisələrin hərdən baş qaldırmasının, mübahisə edənlərdən birinin ifrata varıb divan ədəbiyyatını, digərinin ifrata varıb yeni ədəbiyyatı göylərə qaldırmasının, keçmişlə bu günü düşmən tərəflər elan edib qarşı-qarşıya qoymasının şahidi oluruq. Belə ifrat meyllərə etirazını bildirən yazıçı Elçin bu günlərdə çap etdirdiyiAqoniya”, yoxsa təkamül?” məqaləsində yazır: “Əgər ədəbiyyat Füzulinin timsalında ən yüksək bədii-estetik zirvəyə qalxmışdısa bundan yuxarı qalxmaq mümkün deyildisə, deməli, istiqaməti dəyişmək zərurəti yaranırdı”. Göründüyü kimi, burada Füzulinin böyüklüyünə zərrə qədər şəkk-şübhə yoxdur. Sadəcə olaraq o fikir var ki, böyük sənətkarı yamsılamaqla yerində sayan, qətiyyən irəli gedə bilməyən ədəbiyyat dəyişməyə, təzələnməyə məhkumdur. Əgər Füzulinin böyüklüyünə zərrə qədər şübhə etmiriksə, bu o deməkdir ki, orta əsrlər ədəbi-estetik dəyərlər sistemində  məhəbbət mövzusunun təşbeh selinin mühüm məzmun forma şərtlərindən sayıldığını, o dövr ədəbiyyatında şair qüdrətinin  məhz həmin şərtlər daxilində üzə çıxdığını nəzərə almış oluruq. Klassik irs varislik məsələsinə Teymur Kərimlinin münasibətinə gəlincə, qeyd etməliyəm ki, yeni ədəbiyyat barədə güldən ağır söz deməyən Teymur Kərimli Füzulini müqəddəs saymaqdan da çəkinmir, “Füzuliyə dəymək olmaz, necə ki, totemə dəymək olmazdeyir. Xoşbəxtlikdən, Füzuliyə hədsiz məhəbbət kor-koranəliyə gətirib çıxartmır   Teymur Kərimli Füzulinin şeirlər kitabında hansı qəzəlin Füzuli qələminə məxsus  olmamasını tutarlı dəlillərlə əsaslandıra bilir. Çünki Teymur Kərimli Füzuli sözünün çəkisini, səviyyəsini üslubi sistemini duya bilir, hər bəlağətli nəzm nümunəsini Teymur Kərimliyə Füzuli şeiri kimi təqdim etmək mümkün olmur.

klassik poetika, müasir ədəbiyyatşünaslıq elmi Füzuli sənətinin bütün ecazkarlığını açmağa qadir deyildir” – deyən Teymur Kərimli Füzuli şeirini incələyə-incələyə yeni nəzəri modellər irəli sürür. Füzuli poeziyası əsasında müəyyənləşdirdiyi nəzəri modellərdən birini Teymur Kərimliayırmaadlandırır. Teymur Kərimlinin qənaətinə görə, bu bədii təsvir vasitəsi təşbehdən fərqli olaraq, predmetlərin oxşar olmayan cəhətlərini üzə çıxarmağa xidmət edir:

...məhşər gününün hicran günündən fərqi budur ki, məhşər günü cismə can verir, hicran günü isə cismi candan ayırır; el məni Məcnuna tay tutmaz, çünki Məcnunun dərdinə dərman var, mənim dərdimə dərman yoxdur; ey daşürəkli sənəm, sənə büt demək olmaz, çünki büt sənin kimi daşürəkli olsa da, sənin kimi zülmkar deyil...

Teymur Kərimliyə görə, bu kimi nümunələrdə başlıca məsələ iki predmet arasında əvvəlcədən məlum olan bənzərliyi inkar etmək həmin predmetlərin fərqini bədii şəkildə nəzər-diqqətə çatdırmaqdır. Teymur Kərimlinin fikrincə, ayırma nümunələrini təşbeh adlandırmaq mümkün olmadığı kimi, bədii təzad da adlandırmaq olmaz. Çünki bədii təzad, Teymur Kərimliyə görə, “əks əlamətlərin ortaq məxrəcə gətirilməsi, yaxud eyni obyektin zidd hallara düşməsiüzərində qurulduğu halda, ayırma poetik fiquru ortaq oxşar əlamətlərə qarşı çıxmaq üzərində qurulur. Bu cür izahlarda ayırma poetik fiqurunun  bədii təzaddan fərqi tam açılmasa da, Teymur Kərimlinin nəzəri model axtarışları xüsusi maraq doğurur həmin axtarışların hansı tapıntılarla nəticələnməsini məmnuniyyətlə izləmək istəyirsən. Teymur KərimlininGörünməyən Füzulibaşlığı altında təqdim etdiyi böyük sənətkarın yaradıcılığındakı naməlum tərəflərin öyrənilməsinə həsr etdiyi məqalələri oxuyub növbəti tapıntılarla qarşılaşırsan. Belə tapıntılardan biri adiləşdirmədir. Bəli, Teymur Kərimli adiləşdirmə adlı (daha doğrusu, adiləşdirmə adlandırdığı) poetik fiqurun da Füzuli şeiri üçün səciyyəvi olması qənaətindədir. Poetik fiqurun adı səni təəccübləndirir. Düşünürsən ki, axı Füzuli adini qeyri-adi biçimdə təsvir etməyi ilə məşhurdur FüzuliLeyli-Məcnunu NizamiLeyli-Məcnunundan həm bu cəhətinə, yəni əhvalatları daha çox qeyri-adi məzmunda qələmə almasına görə fərqlənir. Düşünürsən ki, belə olan halda adiləşdirmə məsələsi dərəcədə inandırıcıdır? Adiləşdirmənin Füzuli şeirində xüsusi yer tutmasına inanmaq mümkündürmü? Bu cür suallara doğru-düzgün cavab vermək üçün əvvəlcə adiləşdirmənin demək olduğuna diqqət yetirmək lazım gəlir. Məlum olur ki, adiləşdirmə, ağlabatmaz hadisənin ağlabatan olmasını təbiət cəmiyyətdən götürülmüş oxşar hadisələr vasitəsilə göstərməkdir:

...əgər göz yaşı könüldə sənin xəttinə (üzündəki gözəlliyə) həvəsi artırırsa, burada təəccüblü bir şey yoxduroda su səpdikcə ondan buxar çıxdığı kimi, göz yaşı tökdükcə könüldə şövq artmalıdır; sənin vəslin mənim gecəmi gündüzümə bərabər etsə, bu, təəccüblü deyilbahar fəslində gündüzlə gecə bərabər olar; ey güli-rəna, parçalanmış sinəmdən qəmzə oxunu əskik etməbilirsən ki, gül tikansız olmaz...

Bu cür misallarla Teymur Kərimli bizi  adiləşdirmə barədə dediklərinə inandıra bilir. İnandıra bilir ki, Füzuli, doğrudan da, adidə qeyri-adini, qeyri-adidə isə adini göstərməyin böyük ustasıdır.

Füzuli sözünün sehrinə düşən o sehrin bəzi sirlərindən bizləri agah edən Teymur Kərimli özü məcazi danışmağı xoşlayır bu məcaziliyi yeri gəldikcə elmi üslubun gözünə qatmağı vacib bilir: “Füzuli şeirinin çoxmənalılığını, məna zənginliyini torpaqla müqayisə etmək olar... Torpağın üst qatından... çoxları faydalanır, lakin onun təkindəki xəzinəyə çatmaq az adama qismət olur”. Bu misalı çəkməkdə bir fikrim Teymur Kərimli qələminə məxsus səciyyəvi cəhətə ümumi şəkildə işarə etməkdirsə, bir fikrim Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə dərdləşməni sona çatdırmaqdır. Yazını sona çatdırıram Nizami, Füzuli sözünün alt qatlarına enməyi bacaran, 60 yaşını əli dolu, ürəyi dolu qarşılayan Teymur Kərimliyə  yeni-yeni kitablar arzulayıram!

22 dekabr 2013- il

 





03.01.2014    çap et  çap et