525.Az

Şərəflə yaşanılan ömür


 

Teymur Kərimli – 60

Şərəflə yaşanılan ömür <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji UniversitetininAzərbaycan
ədəbiyyatı tarixi
kafedrasının
müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

Kimə hikmət bəxş edilmişsə, Ona əbədi səadət verilmişdir...”Qurani-Kərim

Ürfan sahibininelm adamının üzünə baxmaq ibadətdirMəhəmməd Peyğəmbər

Elmlə məşğul olan, bütün şüurlu ömrünü kitaba, öyrənməyə öyrətməyə həsr edənlər fəzilət sahibləridir, Tanrı Nuruna boyanmış insanlardır. Alimin mürəkkəbini şəhidin qanına bərabər tutan, başqalarına elm öyrətməyi dini vacibatlardan üstün sayan Məhəmməd Peyğəmbər, ona bir hərf öyrədənə qulluq etməyə hazır olduğunu bildirən Həzrəti Əli, alimi bəşəriyyətin qaranlıqlarına şəfəq saçan günəşə bənzədən Nizami Gəncəvi, müəllimi ruhani, mənəvi valideyn hesab edən Nəsirəddin Tusi, ziyalını insanlığın çırağı adlandıran Firudin bəy Köçərli, bəşəriyyətin elmsiz, müəllimsiz keçinə bilməyəcəyi qənaətində olan Sultan Məcid Qənizadə belə şərəfli fədakar insanların, elm adamlarının əməyini, zəhmətini yüksək dəyərləndirərək onların ən ali mərtəbədə dayanmağa layiq olduqlarını dönə-dönə vurğulamışlar.

İnsanın şəxsiyyət kimi inkişafında, sağlam intellektual cəmiyyətin formalaşmasında elm adamlarının, ziyalıların xidmətləri əvəzsizdir. Böyük alim Nəsirəddin TusiƏxlaqiNasiriəsərində yazırdı: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli ola bilər?”

Fransız filosofu Oqyüst KantınHəyatda ən çox güvəndiyim şəxs alimlərelm adamlarıdır, çünki onların silahı kitabdır bu silahla istənilən düşməni çökdürmək mümkündür...” kəlamında ziyalıların xalq üçün necə dəyərli bir zümrə olduğuna əyani sübutdur.

Görkəmli ədəbiyyatşünas alim, naşir, mətnşünas, publisist, şair tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli məhz Rəbbimizdən güc alaraq kitabla, elmlə silahlanan   təqdir edilən ziyalılardandır. Xalqına, millətinə, onun tərəqqisi, bu günü parlaq gələcəyinə inamla bağlı olan, Sözün varlığına, kəsərinə, ilahi gücünə inanaraq qələmə sarılan bütün yazıları araşdırmaları ilə milli düşüncəyə, elmə ədəbiyyata xidmət edən tanınmış ziyalıTeymur Kərimli.

Teymur Kərimli bütöv kamil şəxsiyyətdir. Ağıl, zəka, şükranlıq onun stixiyasındadır. İlkinlikdən qaynaqlanan bu kimi önəmli dəyərləri mən onda hələ illər öncə M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanısının foyesində mükalimələrimiz zamanı duymuşdum. Bizim sözügedən söhbətlərimiz əsasən, ədəbiyyat məsələləri ilə bağlı olurdu. Mən tədqiqat istiqamətimlə ilgili olaraq daha çox müasir ədəbiyyatın yaradıcılıq problemlərinə diqqət çəkib müəyyən məsələləri düşüncə predmetinə çevirib incələyərkən tərəf müqabilimTeymur Kərimli daha çox klassik Azərbaycan ədəbiyyatının, məxsusi olaraq Nizami Gəncəvi yaradıcılığını söhbətin mövzusuna çevirərdi. Mən aydın hiss edirdim ki, onun erudik iqtidarı nəinki Nizami, eyni zamanda Füzuli, Nəsimi sənət dünyasında sərbəst təfəkkür gəzişmələri etməyə, incə məqamları qlobal düşüncə müstəvisinə çıxarıb konseptual fikir sərgiləməyə imkan verir. Nizami Gəncəvinın sənət sirləri, qəhrəman tipləri, məsnəvisinin poetik strukturu ilə bağlı qənaətlərimizdə üst-üstə düşən məqamlar hər ikimizdə könül xoşluğu doğururdu. Mənim Azərbaycan poeziyasında janr tipologiyası ilə bağlı araşdırmam, Nizami şeirinin struktur xüsusiyyətləri ilə bağlı yazım Teymur Kərimli kimi bir görkəmli nizamişünasla konseptual fikir bölüşməyə imkan verirdi. Bu baxımdan onun nizamişünaslığa baş ucalığı gətirən özünün qlobal çevrəsi ilə fərqlənən doktorluq dissertasiyasına rəsmi opponent təyin olunmağım heç təsadüfi deyildi. Mən bu gün iftixar hissi keçirirəm ki, belə bir fundamental araşdırma haqqında yüksək tribunadan mövqe sərgiləmişəm. Halal zəhmətin, aramsız axtarışların bəhrəsi olan tədqiqatlar haqda fikir yürütmək, qərar ortaya qoymaq ən azı qədrşünaslıqdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik hörmətli İsa Həbibbəylinin təşkilatçılığı ilə Teymur Kərimlinin şanlı yubileyi, son dərəcə halallıqla yaşadığı 60 yaşı böyük coşğu ilə qeyd olundu... Doğrusu, yaş məsələsi Teymur Kərimli üçün bir o qədər önəmli deyil. Bu dəyərli alimi şəxsən tanımasaydım, zəngin yaradıcılıq bioqrafiyasından xəbərim olmasaydı, sadəcə gördüyü işlərə, əsərlərinə, fundamental tədqiqatlarına, ictimai fəaliyyətinə nəzərən ona daha çox yaş verərdim. Çünki aramsız axtarışlardan boy göstərən çeşidli tədqiqat əsərlərini sadəcə 60 yaş həddində reallaşdırmaq zənnimizcə heç asan məsələ deyil?! Amma bu səmimi, son dərəcə təvazökar, zərif, xəfif yumora malik ürfani insanın nurani simasını  şəxsən görənlər belə bir qənaətə gəlirlər ki, o daha gəncdi, ruhən, mənən cismən xeyli cavandı... Bu mənada Teymur Kərimlinin yaş məsələsi zahirən mənim üçün bir qədər mübahisəli görünür. Amma hər halda bu il əziz dostumuzun, qardaşımızın yubileyinin qeyd olunması bizlərdən, onun haqqında söz demək, yazmaq arzusunda olan yoldaşlarından, həmkarlarından ötrü bir bəhanədi. Ona görə məqamdan yararlanaraq dəyərli alimimizin yaradıcılığına, tədqiqat əsərlərinə özəl rakurslardan yenidən nəzər salıb onun məziyyətləri haqqında fikirlərimi ümumi şəkildə sərgiləmək qərarına gəldim. 

Dərin mütaliəsi, elmi-analitik təfəkkürü, fitri istedadı, zəngin dünyagörüşü, erudisiyası, heyrətamiz müşahidə qabiliyyəti, orijinal yazı üslubu, özünəməxsus axtarış tərzi, vicdan, ləyaqət, humanizm ən əsası milli vətənpərvərlik kimi ülvi keyfiyyətlər Teymur Kərimlini daim ədəbi-elmi ictimaiyyət gələcəyi hədəfləyən geniş auditoriya diqqət mərkəzində saxlamaqdadır. Uzun illər formallaşmış belə bir düşüncə tərzi mövcud olub ki, guya alim, elm adamı populyarlıqdan qaçmalı, bir kənara çəkilib öz işi ilə məşğul olmalıdı. Lakin məncə müasir, çağdaş zamanın tələbi başqadır. Müasir dövrdə alim təkcə əsərləri ilə deyil, həm şəxsiyyəti, ictimai fəaliyyəti ilə xalqını maarifləndirməli, elmi, ədəbiyyatı maraq dairəsində saxlamağı bacarmalıdır.  Bu mənada Teymur Kərimli hərtərəfli düşüncə kirdarı ilə seçilən, məşhurluğu  elmi ictimaiyyətimizdə etiraf olunan alimlərimizdəndir. Akademik İsa Həbibbəylinin təbirincə desək, “Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısıolan Teymur Kərimli həm onun ədəbiyyatımızın fədakar təbliğatçısıdır. Görkəmli alimin şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər yetirdikcə onun Azərbaycan elminin inkişaf tarixinə böyük töhfələr verdiyi bütün mümkün rakursları ilə aydın görünür. Teymur müəllimin  Azərbaycan televiziyasının gündəmindən düşməyənMəclisi-Ünsverilişində qürur doğuran çıxışları tövsiyələri bu baxımdan xüsusi vurğulanmağa layiqdir. Əlbəttə, bu kimi layihələrdə dəyərli, görkəmli alimlərin ədəbiyyatımızın, klassik poeziyamızın mənasının geniş oxucu kütləsinə, tamaşaçının  düşüncə imkanlarının qalxımına hesablanan təqdimatları bu baxımdan mühüm maraq kəsb edir. Teymur Kərimlinin bu yönlü verilişlərdəki dərin məzmunlu mülahizələri, ürəyəyatımlı, eyni zamanda düşündürücü çıxışları heç şübhəsiz ki, diqqəti həm   klassik ədəbiyyatın çeşidli yönlərdən idrakına zəmin yaradır.

Mərhum akademik  Bəkir Nəbiyev Teymur Kərimlinin mənəvi müəllimi olaraq yazırdı: “Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli məhsuldar nümayəndələrindən biridir. Həmkarları arasında ən erudisiyalı qələm sahibi kimi bəyənilən təqdir edilən alimin başlıca tədqiqatları  zəngin klassik irsimizə, özəlliklə Xaqani, Nizami, Nəsimi Füzulinin əsrlərin sınağından çıxmış çox qiymətli poeziyasına həsr olunmuşdur. Bu sahədə nəşr olunmuş kitab, məqalə resenziyalarını araşdırıcılarımız həmişə maraqla qarşılayırlar. Onun artıq elmlər doktoru namizədi olan yetirmələri AMEA-nın elmi tədqiqat ocaqlarında, ali məktəblərdə bəzi xarici ölkələrdə səmərəli elmi fəaliyyət göstərirlər”. 

 Bəli, rəhmətlik Bəkir müəllimin dediklərindən bir daha aydın olur ki, Teymur müəllim uzun illərdən bəri öz səmərəli şərəfli həyatını bilavasitə Azərbaycan ədəbiyyatşünaslıq elmi ilə qırılmaz tellərlə bağlayıb. Onun Nizamişünaslıq elmimizdəki xidmətləri, bu fundamental elm sahəsinə aşıladığı mühüm nəfəs genişliyi  xüsusi vurğulanmalıdır. “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəlpoeması üzrə)” mövzusunda namizədlik, “Nizami yaradıcılığında tarixi şəxsiyyət tarixi hadisə ideya-estetik qayənin konteksti yardımçısı kimimövzusunda doktorluq dissertasiyalarını böyük uğurla müdafiə etməsi, daha sonrakı dönəmlərdə Nizami Gəncəvi yaradıcılıq sirlərini fundamental araşdırmaların predmetinə çevirməsi Nizami böyük sənət xəzinəsinin özəl dəyərlərini qatdan açmağa, anlayıb nəticələr çıxartmağa elmi zəmin yaratmışdır. Bundan əlavə o, Nizaminin həyat yaradıcılığına dair bir sıra kitabların elmi redaktoru böyük şair haqqında araşdırmaları,  gənc ədəbiyyatşünaslara elmi rəhbər, eyni zamanda incələnməsi mühüm vətəndaşlıq qayəsi hesab edilir. Teymur Kərimli Azərbaycanda bir sıra xarici ölkələrdə Nizami irsinin nəşri təbliği istiqamətində mühüm fəaliyyət göstərən, çağdaş nizamişünaslıq kontekstində ümumən  ədəbiyyatşünaslıq elmimizə çox  dəyərli töhfələr bəxş edən fədakar alimimizdir

Teymur Kərimli Nizaminin anadan olmasının 850, 860 870 illik yubileyləri qeyd olunarkən bir sıra maraqlı məqalələr yazmış, dahi şairin əsərlərinin nəşri sahəsində çox mühüm fəaliyyət sərgiləmişdir. Heç şübhəsiz ki, onun dahi şair Nizaminin anadan olmasının 870 illik yubileyi münasibətilə ərsəyə gətirdiyiNizami Gəncəviadlı yeni kitabı zənnimizcə  həm Azərbaycan, həm xarici ölkələr nizamisevərlərinə nizamişünaslığına çox qiymətli bir ərməğan olacaqdır. Əslində,  bu monoqrafiyanın təkcə Azərbaycan dilində deyil, həm rus, ingilis, alman, fransız, fars dillərinə tərcümə edilərək nəşr olunacağı sədası hələ konkret zaman kəsimində böyük rezonans doğurmuşdu.

Lakin bu qüdrətli alimin gördüyü işlər əlbəttə ki, bitib-tükənməzdir. Teymur müəllim konseptuallığı ilə fərqlənən 100-dən çox  elmi əsərin, o cümlədən monoqrafiya, kitab məqalələrin müəllifidir. OnunNizami tarix”, “Görünməyən Füzuli”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü başqa kitabları elmi ictimaiyyətin dərin marağına səbəb olmuşdur.

Dərin zəkası ilə düşüncələrdə sakin olan bu dəyərli alim təkcə klassik ədəbiyyatın mahir tədqiqatçısı deyil, həm müasir ədəbiyyatımız ümumən ədəbi proses barədə mötəbər söz sahibidir. Onun qələminin düşüncəsinin məhsulu olan konkret təyinatlı məqalə kitabları bu düşüncələrə bariz nümunələrdi. Onun görkəmli elm xadimlərinə həsr etdiyiAkademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Akademik Əhməd Mahmudov”  kitabları qədirşünaslıq baxımından mühüm maraq doğurur. Bundan əlavə o, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X sinifləri üçünƏdəbiyyatdərsliyinin, “Azərbaycan Ensiklopediyasının xüsusi (“Azərbaycan”) cildindəkiAzərbaycan ədəbiyyatıƏdəbiyyatşünaslıqoçerklərinin, “Heydər Əliyev Azərbaycan ədəbiyyatıtoplusunda özəl yer alanHeydər Əliyev klassik ədəbiyyatbölməsinin həmmüəllifidir.

Teymur müəllimin elmimiz, ədəbiyyatımız, böyük şəxsiyyətlərimizin təbliği təqdimi ilə ilgili incəmələrini diqqətə çəkməyimiz heç təsadüfi deyil. Bu gün hər bir ziyalı dövlətimiz, hökumətimiz tərəfindən layiqli qiymətini alır. Sevindirici haldır ki, bu gün hər kəs dövlətimizin ədəbiyyat elm adamlarına qayğısını aydın hiss edir. Bu mənadaHeydər Əliyev Azərbaycan ədəbiyyatıfundamental araşdırmaya görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən müəlliflər sırasında dəyərli  elm adamı Teymur Kərimlinin yer alması fərəhli olduğu qədər   sevindiricidir.

Teymur Kərimli bir sıra beynəlxalq konfrans simpoziumlarda Azərbaycan ədəbiyyatşünaslığını uğurla təmsil etmişdir. Onun Kazan, Dərbənd, Ankara, Təbriz, Tehran, Bağdad, Marağa, Urmiya, Hələb, Dəməşq, Budapeşt, İstanbul, Milan, Dehli  digər şəhərlərdə Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair maraqlı məruzələrlə çıxışı böyük coşğu ilə qarşılanmışdır. Lakin onu da könül xoşluğu ilə vurğulamaq lazımdır ki, bütün bu aramsız elmi fəaliyyətin müstəviyə çıxardığı araşdırmalar Teymur Kərimlini heç   çərçivələrə salmamış, onun  şair ruhunu buxovlaya bilməmişdir. Əksinə, Teymur müəllim Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şairlərin irsini araşdırdıqca özü bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib. Son dərəcə təvazökar olduğundan o heç vaxt özünü şair adlandırmır. Lakin zənnimcəHicran ömrüadlı kitabında toplanmış şeirləri bu gün özünə şair deyən çoxlarında qibtə heyranlıq doğurur. Bu şeirlərə nəzər saldıqda alim Teymur Kərimlinin erudisiyasını, zəngin daxili aləmini, incə yumor hissinin şairanə, poetik ifadəsini  aydın hiss eləmək olur. Bu mənada onun bir şair olaraq şeirlərinin ən üstün cəhəti məhz səmimiliyi, sadəliyi ilə ilgilənən analiktdir. Teymur Kərimlinin eşq, dünyanın faniliyi, həyatın qəribəlikləri haqda düşüncə stixiyası nəsimiçilikdən soraq verir. Bununla yanaşı, onun xəfif ironiya sarkazmı sezdirən əsərləri   oxucunu dərin fikirlərə daldırır. Zənnimizcə, istər elmi, istərsə bədii əsərdə dilin sərrastlığı, səlisliyi əsas məsələlərdən sayılır. Aydın, ifadəli dil müəllifin həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi əslində duyğuların gözəlliyini, həyatın poeziyasını da özündə ehtiva edir. Ədəbi dil xalq dilinə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə imkanı bir o qədər güclü olar. Bir məqamı xüsusi qeyd etmək yerinə düşərdi ki, bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dürüst ifadə etmək üçün çeşidli poetik arsenal imkanına malikdir. Bu mənada professor Teymur Kərimlinin elmi əsərləri kimi poetik nümunələri dilə özünün axıcılığı, ifadəliliyi, oxunaqlılığı, rəvanlığı ilə diqqəti çəkməkdədir.

Teymur Kərimli 1990- ildən Nizami adına Ədəbiyyat İnstitutununOrta əsrlər Azərbaycan Ədəbiyyatışöbəsinə rəhbərlik etməyə başlamışdır. Təxminən on səkkiz ilə yaxın bir dövrdə  orta əsrlər Azərbaycan klassiklərinin həyat yaradıcılığının ayrı-ayrı problemlərinin öyrənilməsi bilavasitə onun rəhbərliyi nəzarəti altında həyata keçirilmişdirTeymur müəllim Xaqani Şirvaninin, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin digər klassiklərimizin həyat yaradıcılığının bir sıra aktual problemlərinin öyrənilməsi istiqamətində, onların ədəbi irsinin toplanması nəşri sahəsində xeyli əmək sərf etmiş bu gün bu şərəfli missiyanı özünəməxsus bir ləyaqətlə davam etdirir.

Teymur qardaşımızdan bir qədər yaşlı olmağım mənə imkan verir ki, bu əsnada həm öz şəxsi təcrübəmdən çıxış edərək söz açım. Təcrübəmə əsaslanaraq qeyd etmək istərdim ki, həm elmi yaradıcılıqla müntəzəm məşğul olmaq, həm müəyyən vəzifə daşımaq əslində məsuliyyətli çətin işdir. Gərəkdir ki, həmin şəxs hər bir işdə bütün əməkdaşların rəyini, münasibətini, mövqeyini, baxış imkanlarını nəzərə alsın. Bu mənada, Teymur Kərimlinin konkret bir strukturun idarəsində nümayiş etdirdiyi fəaliyyət sözün həqiqi mənasında çoxları üçün nümunə məktəbdir. Əslində, Teymur müəllimin təcrübəsindən, daxili mədəniyyətindən, təmkinli davranışlarından, işıqlı əməllərindən, ləyaqətli bioqrafiyasından hərə özü üçün bir örnək götürür. O, yaşından asılı olmayaraq, hər kəsə nəzakətlə, ülfətlə, sayğıyla yanaşır, hamının eyni dərəcədə qayğısına qalır. Təvazökarlığı, sadəliyi, səmimiliyi, insanpərvərliyi Teymur müəllimin könüllərdə qərar tutmasının, gənclərin, tələbələrin, həmkarların sevimlisinə, doğmasına çevrilməsinin əyani  sübutudur.

Hər bir insan ömrü bütöv bir təcrübə məktəbidir. İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar da var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur...

Mən inanıram ki, Teymur müəllimin şərəfli həyat yolu gənc nəslimiz, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədirnamus, vicdan, ləyaqət, sadəlik, səmimilik, təvazökarlıq,  ziyalılıq, vətənpərvərlik, ən əsası İNSANLIQ nümunəsi... Çünki baxış bucağından asılı olmayaraq onda müdriklik, ağıl, zəka, ucalıq aydın görünür.

Məqamları qəlbin gözü ilə görüb idrak edən, inam, iman, etiqad, amal əməl sahibi olan Teymur müəllim, Sizi 60 illik möhtəşəm yubileyiniz münasibəti ilə  bir daha çoxminli Azərbaycan Dövlət Pedaqoji Universiteti kollektivi, Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixikafedrasının dəyərli əməkdaşları adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, böyük əməli işləri uğurla davam etdirməyi, Azərbaycan elminin aşırımlarını inamla fəth etməyi layiq olduğunuz ucalıqda əbədi qərar tutmağı  arzulayıram!!!

 





04.01.2014    çap et  çap et