525.Az

Ermənistanın Azərbaycanla sərhəddə yaralanan hərbi qulluqçusu öldü


 

Ermənistanın Azərbaycanla sərhəddə yaralanan hərbi qulluqçusu öldü<b style="color:red"></b>

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən qarşıdurma zamanı yaralanan bir hərbi qulluqçunun öldüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 14-də ağır yaralanan 2001-ci il təvəllüdlü Artur Muradyan Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hərbi xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan rəsmiləri daha öncəki çıxışlarında Ermənistan tərəfinin itkiləri gizlətdiyini və zamanla bir-bir açıqlayacaqlarını bildirmişdilər.

 

 





23.07.2020    çap et  çap et