525.Az

KİVDF Milli Mətbuatın 145 illiyinə həsr olunmuş onlayn konfrans keçirdi


 

JURNALİSTLƏR ARASINDA KEÇİRİLƏN YAZI MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

KİVDF Milli Mətbuatın 145 illiyinə həsr olunmuş onlayn konfrans keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuatın 145 illiyinə həsr olunmuş onlayn konfrans keçirib.

Konfransda Fondun icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova və KİV rəhbərləri iştirak ediblər.

Çıxış edənlər Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıblar.

Qeyd edək ki, KİVDF dünən Milli Mətbuatın 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini də elan edib. Müsabiqə Azərbaycan dilində 13 nominasiya üzrə keçirilib. Bu nominasiyalardan biri üzrə isə ilk dəfə olaraq rus və ingilis dillərində də yazılar təqdim etmək mümkün olub.

Budəfəki müsabiqədə daha bir yenilik o olub ki, dövri mətbu nəşrlər və informasiya agentlikləri ilə yanaşı, teleradio proqramlarında, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında çalışan əməkdaşlar da yazı təqdim edə biliblər.

Qeyd edək ki, 13 mövzunun hər biri üzrə 3 əsas mükafatçı müəyyən edilib. Birinci yer 1000, ikinci yer 700, üçüncü yer 500 AZN məbləğində mükafatlandırılıb.

Qaliblər arasında "525-ci qəzet"in 4 əməkdaşı da olub.

Qeyd edək ki, KİVDF Mətbuat Günü ilə bağlı bir sıra başqa tədbirlər də həyata keçirib. Fondun saytında Milli mətbuatın 145 illiyi ilə əlaqədar videoçarx, "Əkinci" qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin Zərdabdakı xatirə muzeyinə virtual səyahət, Azərbaycan mətbuat tarixi ilə bağlı virtual sərgi yerləşdirilib.

 





23.07.2020    çap et  çap et