525.Az

Rəvan Cavidin kitabı Türkiyədə çap olunub


 

Rəvan Cavidin kitabı Türkiyədə çap olunub<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, layihə üzrə yazar Rəvan Cavidin "Absurd menyu" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi esselər toplusu Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

 





25.07.2020    çap et  çap et