525.Az

Nüsrət Kəsəmənlinin oğlu azad olunması üçün məhkəməyə müraciət edib


 

Nüsrət Kəsəmənlinin oğlu azad olunması üçün məhkəməyə müraciət edib<b style="color:red"></b> Mərhum şair-publisist Nüsrət Kəsəmənlinin oğlu cəzadan vaxtından əvvəl azad edilməsi üçün məhkəməyə müraciət edib.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, şairin həbsdə olan oğlu Araz Kəsəmənli təyin olunmuş cəzanın çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması xahişi ilə Nizami rayon məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etmədiyindən apelyasiya şikayəti verib.

Onun apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun icraatına verilib. Şikayətə oktyabrın 16-da baxılacaq.

Qeyd edək ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib və Ali Məhkəmənin hökmü ilə məhkum olunub.
 





15.10.2012    çap et  çap et