525.Az

Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsi keçirir


 

Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsi keçirir<b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsinə start verib.
 
Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müsabiqə bir neçə gündür başlamasına baxmayaraq, yüzə yaxın şeir göndərilib: “Fevralın əvvəllərində Yazıçılar Birliyinin “Natəvan” klubunda tədbir keçirəcəyik və qalib gələn müəlliflər birliyin diplomu və pul mükafatı, yaxud qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar”.
 
Müsabiqənin münsiflər heyəti və şərtlərinin elan olunmamasına münasibət bildirən X.Rza əlavə edib ki, yaxın vaxtlarda münsiflər heyətinin adı açıqlanacaq: “Münsiflərin adları dəqiqləşmədiyi üçün hələlik ad açıqlamaqda çətinlik çəkirəm. Amma onlar Azərbaycanın tanınmış söz adamları olacaqlar və obyektivliklərinə heç kimin şübhəsi olmayacaq. Münsiflər Yazıçılar Birliyinin strukturunda çalışan müəlliflər və kənardan dəvət olunan qələm sahibləri olacaqlar”.
 





07.01.2014    çap et  çap et