525.Az

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı - Video


 

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı - <b style="color:red">Video</b> Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva 1918-ci il soyqırımı zamanı azərbaycanlıların istifadə etdikləri sığınacaq aşkar ediblər.

525.az-ın məlumatına görə, bu sığınacaq Qobustan rayonunun Sündü kəndində yerləşir.

Gənclərin sığınacaq barədə hazırladıqları videoda göstərilir ki, yerli əhalinin verdiyi məlumata görə, Qəzənfər quyulu mağaraları 1918-ci il soyqırımı zamanı sığınacaq kimi istifadə olunub.

Qeyd edək ki, ermənilərin Sündü kəndində törətdikləri soyqırımı zamanı 250 nəfər öldürülüb və 198 ev yandırılıb.

 





28.07.2020    çap et  çap et