525.Az

Xaldan məktəbliləri Tovuz şəhidlərinə iki videoçarx həsr ediblər - Video


 

Xaldan məktəbliləri Tovuz şəhidlərinə iki videoçarx həsr ediblər - <b style="color:red">Video</b>

Mingəçevir Dövlət Universitetinin və Yevlax rayon Xaldan Musiqi Məktəbinin tələbə və müəllim heyəti 12 iyul Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən qarşıdurmalarda şəhid olan əsgər və zabitlərin xatirəsinə iki videoçarx həsr ediblər.

Birinci klip-videoçarxda XMM-in müəllimi Minarə Yunusovanın ifasında Cabir Novruzun "Vətən qorudun sənindir" şeiri, MDU-nun tələbəsi Zamin Cəfərovun ifasında "Bu torpağı qurtarmağa gedirəm" və "Mən şəhid oldum" mahnıları ifa olunub. "Bu torpağı qurtarmağa gedirəm" mahnısının sözləri Minarə Yunusovaya, musiqisi Ülviyyə Kərimovaya məxsusdur.

İdeya müəllifi XMM-ın müəllimi Ülviyyə Kərimova olan videoda rolları XMM-in tələbələri Asiman Səmədov, Ülviyyə Səmədova və Tamara İsayeva canlandırıblar.

XMM-ın ikinci videoçarxı şair Şahanə Müşfiqin "Şəhid" şeirinə həsr olunub. Şeiri Minarə Yunusova səsləndirib. Birinci videonu MDU-nun tələbəsi Xoşqədəm Məmmədli, ikinci videonu Xumar Kərimli hazırlayıblar.

SƏBA

 





28.07.2020    çap et  çap et