525.Az

“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar"


 

“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar"<b style="color:red"></b>

Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.

Bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.

O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

 

 





30.07.2020    çap et  çap et