525.Az

Canni De Byazi rəsmən Azərbaycan millisində


 

Canni De Byazi rəsmən Azərbaycan millisində<b style="color:red"></b>

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

525.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

 





30.07.2020    çap et  çap et