525.Az

Azərbaycanlı rejissorun filmi Venetsiya Film Festivalında


 

Azərbaycanlı rejissorun filmi Venetsiya Film Festivalında <b style="color:red"></b>

Venetsiya Film Festivalında Azərbaycanlı rejissor Hilal Baydarovun filmi Venetsiya Film Festivalının uzun siyahısına seçilib.

Kulis.az-a açıqlamasında rejissor "Səpələnmiş ölümlər arasında" filminin 77-ci Venetsiya Kinofestivalının əsas proqramına daxil olduğunu deyib. O, daha sonra əlavə edib: "Bu il pandemiyaya görə, Venetsiya festivalında ən ağır il sayılırdı. Belə bir vəziyyətdə bu uğuru gözləmirdim. Bu mənada, bu nəticə mənim üçün gözlənilməz oldu".

Rejissor filmin növbəti mərhələlərdə uğur qazanacağına inandığını bildirib: "Təvazökarlıqdan uzaq olmasın, mən filmimə inanıram. İnşallah, daha böyük uğurlarım olar. Ümumilikdə, yeni nəsil rejissorlarımıza inanıram. Gənclər yaxşı filmlər çəkir, gələcək üçün böyük uğurlarımız olacaq".

Xatırladaq ki, filmin təqdimatı 2-12 sentyabrda Venesiyada keçiriləcək. Bu ilin noyabrında isə Azərbaycanda təqdimat keçiriləcəyi gözlənilir: "Hələ kinoteatrlarla danışmamışıq. Pandemiya aradan qalxandan sonra danışmaq və mümkün olsa, təqdimat eləmək fikrimiz var".

Xatırladaq ki, "Səpələnmiş ölümlər arasında" filmi Venetsiya Kinofestivalının əsas proqramına daxil olunan ilk Azərbaycan filmidir.

Qeyd edək ki, müsabiqədə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" (In Between Dying) filmiylə yanaşı, Majid Majidi, Andrei Konchalovsky, Gianfranco Rosi, Chloe Zhao, Kiyoshi Kurosawa kimi rejissorlar da yarışacaqlar.

 





30.07.2020    çap et  çap et