525.Az

Azərbaycan aliminin kitabı İranda çap edilib


 

Azərbaycan aliminin kitabı İranda çap edilib<b style="color:red"></b>

Tanınmış Azərbaycan şərqşünası, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin "Şəms Mövlana" adlı kitabı İranda əski əlifbada işıq üzü görüb. Kitab Tehrandakı "Təkderəxt" nəşriyyatında 500 tirajla nəşr olunub.

Kitaba sufizmin bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə onların yaradıcılığından etdiyi tərcümələr daxil edilib.

Müəllif orta əsr qaynaqlarına əsaslanaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti düşüncələri üzərinə işıq salıb, onun bioqrafiyasının bəzi qaranlıq mübahisəli məqamlarına aydınlıq gətirməyə nail olub.

Kitabda həmçinin Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam anlaşıqlı şərhi verilib, onun ədəbi irsinin bu gün aktual müasir olmasını şərtləndirən başlıca amillərdən bəhs edilib.

Qeyd edək ki, kitab Məsiağa Məhəmmədinin 2010-cu ildə Bakıda çap olunmuş eyni adlı əsəri əsasında tanınmış naşir tədqiqatçı doktor Hüseyn Şərqi tərəfindən nəşrə hazırlanıb.

 





08.01.2014    çap et  çap et