525.Az

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün bayram tədbiri təşkil olundu - Video


 

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün bayram tədbiri təşkil olundu - <b style="color:red"> Video</b>

İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Müdafiə Nazirliyi xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.




 





31.07.2020    çap et  çap et