525.Az

Ərdoğan həmkarlarını Qurban bayramı münasibətilə təbrik etdi


 

Ərdoğan həmkarlarını Qurban bayramı münasibətilə təbrik etdi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezudenti İlham Əliyev, Oman Sultanı Həsən ibn Tarik, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Bildirilib ki, Qurban bayramı münasibətilə təbrik ünvanlayan Türkiyə Prezidenti hər 3 ölkənin liderlərilə ikitərəfli əlaqələrin inkişafı, regional məsələlərdə əməkdaşlığın gücləndirilməsi məsələlərindən danışıb.

 





31.07.2020    çap et  çap et