525.Az

Olimpiada qalibləri bu ixtisaslara müsabiqədənkənar qəbul olunacaqlar


 

Olimpiada qalibləri bu ixtisaslara müsabiqədənkənar qəbul olunacaqlar<b style="color:red"></b>

Respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi yeni ixtisaslar müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.

Riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, meliorasiya mühəndisliyi, metallurgiya mühəndisliyi və sənaye mühəndisliyi, fizika fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına mühəndis fizikası əlavə olunub.  Kimya fənni üzrə respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar sırasına isə kimya mühəndisliyi, şərabçılıq və torpaqşünaslıq və aqrokimya daxil edilib.

 





31.07.2020    çap et  çap et