525.Az

Döyüş hələ bitməyib...


 

Döyüş hələ bitməyib...<b style="color:red"></b>


yazıçı-publisist

İnsan var ki, ömür boyu özünə həmişə sakit bir güşə, rahat bir həyat arzulayır. İnsan var ki, daim burulğanlar içində, ömrün dolaylarında çırpınır, pərvanə tək özünü odlara yaxır. Xanımzər həmişə çarpışan, saflıq, düzlük axtaran əqidə adamlarındandır.

Qanlı-qadalı Qarabağ müharibəsi çoxları kimi, onun da taleyini, ömür yolunu dəyişdi. Həyatın axarı, mübarizənin səmti başqa məcraya yön aldı.

Xanımzər Həsənova 1970-ci ildə Ermənistan adlandırılan Oğuz elinin Vedibasar mahalının Şidli kəndində anadan olub. 1988-ci ilin noyabrında ailəsi ilə birgə yurd yerlərindən qovulanda Xanımzər orta məktəbi təzəcə bitirmişdi. O, çoxuşaqlı ailənin övladlarından biri idi, didərginlik həyatının çətinliklərini, məhrumiyyətlərini görür, duyurdu. Tərtərdə məskunlaşdılar, xeyirxah insanlar ən çətin anlarda onlara arxa-dayaq oldular.

Erməni silahlı birləşmələri tez-tez Tərtərin başı üzərinə "Kristal" "Alazan" raketləri yağdırır, dağıntılar törədir, yer-göy lərzəyə gəlirdi. Dinc əhali vahimə, qorxu içində yaşayırdı. Belə bir vaxtda Xanımzər Gəncədə texnikumda oxuyurdu. Fikri ailəsinin yanında idi cəbhədə baş verən hadisələri diqqətlə izləyirdi. Yaxın qohumu Şuşa batalyonunun əsgəri Əlövşətin şəhid olduğunu eşidəndə artıq dözmədi, cəbhəyə getməyi qərara aldı. Əslində bu fikrini bir qədər əvvəl ailəsinə bildirmişdi. Atası qızının israr etdiyini görüb razılaşmış, onu cəbhəyə yola salmışdı.

Xanımzərin ilk döyüşü 

Xanımzəri 816 saylı Şuşa özünümüdafiə batalyonunun Kərkicahan rotasına qəbul etdilər. Əvvəlcə əsgərlərə yemək bişirirdi. Təlim zamanı tədriclə texnikanı öyrəndi. O, ilk döyüş əməliyyatlarını həyəcanla xatırlayır:

-1992-ci ilin isti avqust günləri idi. Ayın 30-da Ağdərənin Mehmanə kəndini düşməndən təmizləmək uğrunda qızğın döyüşlər başlandı. Sentyabrın 2- rota komandiri İslam Quliyevin rəhbərliyi ilə döyüşçülərimiz əsl şücaət göstərərək, demək olar ki, itki vermədən strateji əhəmiyyətli Mehmanə yüksəkliyini götürdülər. Qorxuya düşən ermənilər kəndi tərk etdi. Həmin gün döyüş yoldaşım, ən yaxın rəfiqəm Kəmalə Qəhrəmanovanın ad günü idi. Bu hərbi əməliyyatın uğurla başa çatması hamımıza əsl hədiyyə olmuşdu belə döyüşlər irəliyə, işğal olunmuş digər kəndlərimizi düşmən caynağından qoparmağa səsləyirdi.

Döyüş səngiyəndən sonra çox şeyi götür-qoy edirdim. Baş verənlər mənə görəsən nədən elə çətin görünmürdü? Mənə elə gəlirdi ki, hansısa filmə çəkilirəm, özümü təsdiq etməliyəm. Bəlkə, hələ dəhşətli ölüm-itim görmədiyimdən belə düşünürdüm.

Sonra ilk dəfə ölümlə qarşılaşdım. Rotamız Murovdağa gedəndə əsgərlərimizi aparan "Qaz-66" qəzaya uğradı, maşının banında oturub bayrağımızı dalğalandıran Vüqar adlı döyüşçümüz yerə çırpılıb həlak oldu. Həyatımda ilk dəfə idi ki, ölümlə qarşılaşırdım bu ürəkağrıdan hadisəni unuda bilmirəm. Əslən Sabirabaddan olan bu əsgərin cənazəsi həmin bayrağa bükülüb ailəsinə göndərilmişdi.

Gündüz saatlarında ölüm , qan da adama bəlkə adi görünə bilər. Bu üzücü hadisə axşamın alatoranında, qaş qaralanda baş verdiyindən çox dəhşətli idi. Axı, bəzən deyirlər: "Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır". Bir daha inandım ki, bu fikirdə böyük həqiqət var gecə saatında baş verən bədbəxt hadisə insanın şüuruna daha güclü təsir göstərərək ikiqat narahatlıq doğurur.

Çıldıran döyüşlərində başımdan yaralandım. Xeyli qan itirmişdim. Kəmalənin köməyi ilə məni Ağdam hospitalına gətirdilər. Vəziyyətim yaxşılaşıb özümə gələndə Kəmalə ilə bağlı düşünürdüm: " yaxşı ki, bizi tale görüşdürdü. Odun-alovun içində, ən çətin anlarda bir-birimizə həyan olmaq üçün".

Hospitalda müalicə alandan sonra yenidən döyüşlərə atıldım. Batalyon komandirimiz məni çətin əməliyyatlara buraxmaq istəməsə , döyüş yoldaşlarımızdan kənarda qalmaq mənə ağır gəlirdi.

 

Qarakənd əməliyyatı

 

1992-ci ilin sentyabrında Xanımzərgilin rotasına Qarakəndə getmək əmri verilmişdi. Rotada sayılıb-seçilən uşaqlar az deyildi. Üzümüzə günəşli bir səhər açılmışdı. Hamı zəfər müjdəsinin sorağında idi.

Xanımzərin bu döyüş əməliyyatı barədə dedikləri:

Komandirimiz Mərifət Alışov bizə yanından ayrılmamağı, bir-birimizə yaxın məsafədə hərəkət etməyi, ekstremal vəziyyət yaranarsa, hamımızın birgə çıxmasını tapşırdı.

Biz Pirağbulaqdan hücuma keçdik. Ermənilərin qarşı təpədəki Azad qadın abidəsinə az qala çatmışdıq. Biz manevr edərək, erməni silahlı dəstələrinin diqqətini özümüzə yönəltməli, digər hərbi birləşmələrimizin müxtəlif istiqamətlərdən düşmənə zərbələr endirməsinə kömək etməliydik.

Kəmalə bizdən azca irəlidə, "Kötəl" batalyonunun döyüşçüləri ilə yanaşı gedirdi. Yüksəklikdə möhkəmlənmiş erməni yaraqlıları bizi xeyli irəli buraxdılar, sonra isə əsl gülləbarana düşdük. BMP-dən atəş açır, bizi qumbaraatanla, TŞK pulemyotla vururdular. Toz-torpaq, tüstü-duman göz açmağa imkan vermirdi.

Bir onu gördük ki, komandirimiz "Geriyə! Çıxın!" əmrini verdi. Biz bir qədər geri çəkildik. Baxdım ki, Kəmalə gözə dəymir. Qatı tüstü-duman arasında onu güclə görə bildim. O, hələ irəli getməkdə idi. Sonra vəziyyəti başa düşüb, yanındakı döyüşçülərlə birlikdə geri qayıtdı.

Batalyonumuzdan zərərçəkən olmadı. Qarşımıza çıxan bir neçə yaralını götürdük. Düşmənin BMP-si arxadan hücuma keçərək iti sürətlə irəliləyirdi. Artıq məhvə məhkum olduğumuzu düşünürdük. Elə bu vaxt hərbi vertolyotlarımız havaya qalxıb, ermənilərin döyüş mövqelərinə texnikasına ağır zərbələr endirməyə başladı biz xoşbəxtlikdən, düşmənin mühasirə həlqəsini yarıb döyüş xəttindən uzaqlaşa bildik.

Yenidən Pirağbulağa qayıdırdıq. Şuşa Ağsaqqallar Şurasının sədri Məhi dayı biz döyüş əməliyyatına getdiyimiz vaxtda ora gəlibmiş.

Kəmalə mən bir-birimizi sağ-salamat görən kimi sevincimizdən mahnı oxumağa başladıq. Döyüş rəfiqəm "Dağların başını qışda qar alar", -- söyləmişdi ki, mən avazla ucadan əlavə etdim: "Dost-dostunu görməsə, rəngi saralar". Bunu eşidən Məhi dayı ikimizin alnından öpüb: "Afərin, qızlar,-dedi." Odun-alovun içindən çıxıb xalq təranəmizi belə şaqraq oxuyursunuzsa, deməli heç itirilməyib. Yurd müdafiəçilərimizin döyüş ruhu azalmayıb, mübarizə əzmi yüksəkdir.

Sonra Xanımzər sözünə davam edir:

-İnanın ki, döyüşlərə atılanda heç düşünmürdük qanlı savaşdan sağ çıxmarıq, minaya düşərik, ölə bilərik. Mərmilərin partladığı döyüş meydanı bizi sərtləşdirmişdi. Güllələrin yağış kimi yağdığı, ekstremal vəziyyətlərə düşdüyümüz ən ağır döyüş əməliyyatlarından bəzən sağ-salamat, heç bir zədə almadan qurtulmağımıza inana bilmirdik. Hər şeyə qadir olan Allah bizi qoruyurdu.

Çox şeyə dözürdülər. İsti ev-eşiklərini əvəzlədikləri soyuq səngər həyatına, müharibənin amansız qanunlarına bir hər şeydən ağır olan dost itkisinə.

Xanımzər Mərifət adlı döyüşçü yoldaşını yaxşı xatırlayır. Haqqında günlərlə, saatlarla danışa bilər.

-O, mənə qardaş qədər doğma idi, -Xanımzər əlavə edir, - adına layiq müsbət keyfiyyətləri vardı. İşin ən çətinindən yapışar, dara düşənə kömək edər, yol göstərərdi. Ona çox etibar edir, güvənirdim. O qədər səmimi münasibətimiz var idi ki, batalyonumuzun əsgərləri bizi bacı-qardaş hesab edirdi. O, döyüşdə ağır yaralandı, qəlpələr ciyərini zədələmişdi.

1992-ci ilin noyabrında Xanımzərgilin Şuşa özünümüdafiə batalyonu bu qəbildən olan digər batalyonlar kimi vahid komandanlıq altında yeni yaradılan hərbi qruplaşmaya daxil edildi. Həmin hərbi qruplaşmada 13 hərbi batalyon birləşmişdi. Xanımzərgil bu qruplaşmanın tərkibində Fərruxdağ döyüşlərində iştirak etdilər.

Silah yoldaşları bu cəsur qızları qoruyur, ən təhlükəli anlarda vəziyyətdən çıxış yolu tapmaqda kömək edir, ekstremal vəziyyətdə düşmənin diqqətini cəlb etməsinlər deyə , onların hərəsinə uyğun yaraşdırıb seçdikləri döyüş ləqəbləri ilə çağırırdılar. "Yeddi oğul istərəm" filminin qəhrəmanlarının adları bu işdə köməyə gəlirdi. Xanımzər-Qəzənfər, Aliyə-Bəxtiyar, Kəmalə isə Qəqəni təxəllüsünü daşıyırdı.

1993- ilin avqustunda ermənilər Murova hücum etmişdi. Xanımzərgilin rotasına kəşfiyyata getmək tapşırığı verilmişdi. Ermənilərin döyüş qüvvələri, hərbi texnikası barədə məlumat toplamaq lazım idi. Bu rotada ölümün gözünə dik baxan, od-alova dirigözlü atılan cəsur oğullarımız az deyildi. Adı çəkilən kəşfiyyat rotası 701-ci briqadanın tərkibində idi. Briqadanın kəşfiyyat rəisi Rəhman İsgəndərov qətiyyətli, möhkəm iradəli bir zabit idi. Ən çətin anlarda düzgün yol göstərir, əsgərlərini qorumağı bacarırdı.

Kəşfiyyata çıxan Xanımzərgil Murovdan üzübəri axaraq Toğanaçaya qovuşan Meydançayın sol tərəfinə keçdilər. Ermənilər onları görüb sağ istiqamətdən vurmağa başladılar. Yağış tək yağan mərmilər səkkiz əsgərimizi ağır yaraladı. Cüssəli, olduqca döyüşkən oğullarımızdan olan Namiq (o, ikinci qrup Qarabağ əlilidir, hazırda Sumqayıtda yaşayır) yaralandı. Bəhruzun vəziyyəti çox ağır idi. Tağım komandiri Qəşəm (o, Tibb Universitetində oxuyurdu, cəbhəyə könüllü gəlmişdi) fərdi tibb paketi verərək onu bir az aralıda dayanmış "Qaz-66" maşınına çatdırdı. Xanımzər söyləyirdi ki, Bəhruz yeridikcə onun boyun nahiyəsində qəlpələrin yaraladığı damarlardan qan ətrafa sıçrayırdı, çox ürəkağrıdan bir mənzərə idi.

Murovdağ nicat qalası idi 

Zirvəsində qartallar qıy vuran Kəlbəcər dağlarının əzəməti, bu yurdun qeyrətli oğul qızlarının məğrurluğu həmişə nəzmə çəkilib , dillərdə dastan olub. Kəlbəcər tarixən Azərbaycanın qala qapısı sayılıb, lakin qəfil əsən acı səmt küləyi kəlbəcərlilərin başı üstündən yan ötmədi. Bu yurd yerimiz odlara qalananda Murovdağ kömə gəldi , nicat qalasına çevrildi.

1992-ci ilin mayında Laçın rayonu işğal olundu. Laçınlıların əksəriyyəti Kəlbəcərdən gəlib keçəndə bu cəfakeş qonşu sanki özü qaçqınlıq dövrünü yaşamalı oldu.

1993- ilin yanvarında Xanımzərin əsgəri olduğu hərbi hissə Murovdan hücum əməliyyatına başladı. Döyüşçülərimiz Murovdan Yanşağa enib bu kəndi düşməndən təmizlədilər. Qorxuya düşən ermənilər xeyli itki verərək çay daşlarından qurduqları səngərləri tərk etmiş , döyüş texnikasını atıb qaçmışdılar.

Kəşfiyyatçılar xəbər verdilər ki, düşmənin geri çəkilən silahlı dəstələrinə kömək məqsədi ilə erməni generalının rəhbərlik etdiyi hərbi çağırışçılar Noyamberyan istiqamətindən irəliləməkdədir. Rəhman, Gəray, Filman kimi igid oğullarımız bu silahlı dəstənin qarşısını aldılar, düşmən geri oturduldu. Atışma zamanı erməni generalı onun neçə-neçə əsgəri öldürüldü.

Yanşaq kəndində möhkəmlənən əsgərlərimizə sol cinahdan kömək gəlməli idi, lakin bu baş tutmadı. Mühasirə vəziyyəti qaçılmaz idi. Fevral ayının ortalarında Kəlbəcər istiqamətindən xoş xəbərlər gəlmirdi. Elə vəziyyət yaranmışdı ki, hərbi hissəmiz Kəlbəcəri tərk etməli oldu. Döyüş yoldaşları Xanımzəri , cəsarətdə ondan geri qalmayan Kəmaləni Aliyəni Meydançayın üstündə Yolevi deyilən yerə gətirib, təhlükəsizlik üçün burada qalmağı məsləhət gördülər. Xanımzərin dedikləri:

-Biz təbii ki, getmək istəmədiyimizi , silah dostlarımızla birgə döyüşməyə , ölməyə belə hazır olduğumuzu söyləsək , qərar qəti idi. Bir gecə burada qaldıq.

Səhər tezdən qalxıb döyüşə gedənlərə qoşulmaq üçün məqam gözləyirdik. Gədəbəy Tovuz batalyonlarının əsgərləri günorta iri bir tonqal qalamış, ətrafına cəm olmuşdular. Artıq gərgin vəziyyət yaranmış, düşmən bizi hər tərəfdən mühasirəyə almışdı. Batalyona yalnız geriyə çəkilmək, Kəlbəcəri tərk etmək əmri verilmişdi.

Kəmalə, Aliyə mən bir qardaşımız - əvvəlki döyüşdə gözünün birini itirmiş Asif adlı döyüşçü bizimlə əl-ələ tutaraq əsgərlərin qarşısını kəsib onları bu yerləri tərk etməməyə çağırırdıq. Arxada 701-ci hərbi hissənin uşaqları qalmışdı. And-aman edirdik ki, arxada xeyli hərbi texnikamız, canlı qüvvəmiz qalıb. Onlar çıxmaqla biz sonuncu şansımızı da əldən vermiş olaraq, erməni silahlı dəstələri Murovu zəbt edər. Təəssüf ki, onlar bizi eşitmədilər.

Cəbhə həyatı insanları bərkə-boşa salır, sərtləşdirir. Amma zərif məxluq harada olursa-olsun, öz incəliyini qoruyub saxlayır.

Sonralar döyüş yoldaşı ilə xoşbəxt ailə həyatı qurmuş Xanımzər iki uşaq anasıdır, övladlarının sağlam, gümrah, əsl vətənpərvərlər kimi böyüməsinə çalışır. Bəzən çətin günün sirdaşı olan Kəmalə (hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə xidmətində işləyir) Aliyə (Dövlət Sərhəd Xidmətinin zabitidir) ilə döyüş xatirələrini çözələyir. Həyatının unudulmaz, keşməkeşli, acılı-şirinli xatirələrini.

Xanımzər deyir ki, intiqam, qisas yanğılı cəbhə həyatımız, düşmənlə qanlı döyüş hələ bitməyib əzəli torpaqlarımız yağı tapdağından azad edilənədək bitməyəcək.

 





08.01.2014    çap et  çap et